Modern.az

Azərbaycan güləşçisi erməniyə qalib gəlib medal qazandı

Azərbaycan güləşçisi erməniyə qalib gəlib medal qazandı

14 Avqust 2019, 00:29

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Modern.az xəbər verir ki, mundialın ilk medal günündə Azərbaycan millisinin 2 sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

Yığmamızın heyətində Turan Bayramov (65 kq) üçüncü yer uğrunda Ahmet Salim Yiğitlə (Türkiyə) üz-üzə gəlib və 8:0 hesabı ilə qələbə qazanıb.

Onun kimi, Abubakr Abakarov (79 kq) da bürünc medala sahib olub. Pəhləvanımız üçüncü yer uğrunda qarşılaşmada erməni Arman Avaqyana 6:4 hesabı ilə qalib gəlib.

Digər güləşçilərimizdən Mahir Məmmədzadə (57 kq) təsəlliverici, Əşrəf Aşırov (70 kq) üçüncü yer uğrunda görüşdə məğlub olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi