Modern.az

Azərbaycanda hərbi mətbuatla bağlı statistika açıqlandı

Azərbaycanda hərbi mətbuatla bağlı statistika açıqlandı

16 Avqust 2019, 09:38

Azərbaycanda hərbi jurnalistikanın fəaliyyəti ilə bağlı rəqəmlər açıqlanıb.

Hərbi yönümlü “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov Modern.az-a bildirib ki, Azərbaycanda ilk analitik hərbi sayt Milaz.info olub. 2007-2013-cü illərdə fəaliyyət göstərib.

“Öncə təsisçilərindən biri mən idim. Sonra Hərbi Analitik Tədqiqatlar Mərkəzinə (rəhbəri mərhum polkovnik İldırım Məmmədov idi) verdik. Bir ara baş redaktoru da Uzeir Ceferov oldu. Sonra Cəsur Sümərinli işlətdi. Sayt niyə dayandı bilmirəm”.

R.Süleymanovun sözlərinə görə, bu yaxınlarda Ədliyyə Nazirliyində qeydiyyatda olan qəzet və jurnalların siyahısını araşdırıb. Məlum olub ki, nazirlik 2013-cü ilə qədər hərbi vətənpərvərlik istiqaməti üzrə 30-dan çox qəzet və jurnalı (müstəqil və ya QHT-lərin təsis etdiyi) qeydiyyatdan keçirib.

“Həftəlik nəşr olunan 1, arada-bərədə çıxan 1 qəzet, aylıq və rüblük 3 jurnal, 7 və ya 8 saytın olduğunu bilirəm.

Bundan başqa Müdafiə Nazirliyinə aid 1 qəzet və 3 jurnal, DSX-ya aid bir jurnal, DİN Daxili Qoşunlarında aid 1 qəzet, FHN-ə aid bir qəzet nəşr olunur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi