Arxiv
18 Avqust 2019, 14:56 | ÖLKƏ
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR

Bütün cəmiyyətlərə nəzər salanda fahişəliyin aktuallığını müşahidə etmək mümkündür. Baxmayaraq ki, fahişəlik qədim peşələrdən hesab edilir, amma onun hər dövr üçün qorxulu problem kimi qalması həmişə düşündürücü olub.

1990-cı illərdən sonra fahişəliklə məşğul olan qadınların çoxu Türkiyəyə, Dubaya üz tuturdusa, son illər bu məsələdə dəyişik tendensiya özünü göstərir.

Artıq fahişəliyin marşrut xətti dəyişib.

Son illərdə Bakıya turist kimi axın edən pullu ərəblər fahişələr üçün daha əlçatan olub. Bunun da nəticəsi olaraq, yüngül həyat tərzi ilə məşğul olan qadınlar ərəbləri daha rahat şəkildə “ovlaya” bilirlər.

O zaman deyə bilərik mi, turist kimi Bakıya axın edən ərəblər fahişəlik üçün Dubaya gedən qadınların “yolunu kəsib”?


Dubay arzusu
ürəklərində qalıb

Mövzu ilə bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, biletlərin qiyməti fahişələrin Dubay arzusunu gözündə qoyub:


“Fahişəlik üçün xarici ölkələrə gedənlərin statistikasını aparmaq qeyri-mümkündür. Çünki bir çoxları turist kimi gedir, orda başqa işlərlə məşğul olurlar. Bunu da müəyyənləşdirmək asan deyil. Ancaq fahişəlik əvvəlki illərə baxanda azalıb. Dubaya fahişəlik üçün gedənlərin sayında müşahidə olunan azalmanın başqa səbəbləri var. Əsas səbələrdən biri biletlərin baha olmasıdır. Ümumiyyətlə, dünyada hava nəqliyyatından istifadə üçün qiymətlərin yüksək olması fahişəliyə də  təsir edir. Hətta insan alveri ilə məşğul olanlar çox ucuz nəqliyyat xidməti axtarırlar ki, böyük xərclər çəkilməsin. Eyni zamanda, sosial şəbəkələrdə oxuyuram ki, ərəblərin Bakıya turist kimi axın etməsi fahişələrin Dubaya gedə bilməməsinə səbəb olur.

Fahişəliyə cəlb edilmə müxtəlif yollarla aparılır. Ya dəstəbaşı vasitəsilə, ya müstəqil fəaliyyət göstərməklə, ya da insan alverinin qurbanı olmaqla həyata keçirilir. Kimsə fahişəliyə cəlb edirsə və insan alveri ilə məşğul olursa, burada  cinayət əməli var. Fərdi şəkildə fahişəlik edəni  cinayət əməlinə cəlb etmək olmur”.

 
“Qadınları bu “peşə”dən uzaqlaşdırmaq lazımdır”

Mehriban Zeynalova fahişəliyin azalması üçün təkliflərin hazırlanmasının vacibliyini də qeyd edib:

“Söhbət ondan gedir ki, qadınlarımızın bu cür işlərə cəlb edilməməsi üçün onların üzərində xeyli çalışmalıyıq. Fahişəlik öz-özünə yaranmır. Ona görə də cəlbedici təklif hazırlamalıyıq. Cəlbedicilik elə səviyyədə olmalıdır ki, qadınlar bu “peşə”dən uzaqlaşa bilsinlər. Bu da uzunmüddətli məsələdir. Təklif etdiyimiz bütün proqramlarda müəyyən zaman tələb edilir. Ən azı bir ya da iki il oxumalısan. Bu müddətə də bəziləri yaxın getmir. Səbəblər də var. Məsələn, körpə uşağı olan üçün fahişəlik yolu ilə pul qazanmaq rahat olur. Hesab edirəm ki, həmin qadınlar arasında maarifləndirmə, sorğu aparmaq lazımdır. Stereotiplər də var deyə, heç kim bu qrup arasında sorğu keçirmək istəmir”.


Ərəbin “qılınc müsəlman” kökünə sadiqliyi....

İctimai Birliyin sədri bir məqamı xüsusi vurğulamaqla yanaşı, ərəblərin məcburiyyətə meylli olduğunu da deyib:

“Avropalılar da Bakıya gələndə bəzi qadınlarımız arasında bu formada fahişəlik etmək tendensiyası vardı. Sadəcə olaraq ərəblər daha sərbəst hərəkət edirlər. Ərəblər bir qədər məcburiyyətə meyllidir. Avropalı isə qarşı tərəfin rəyini nəzərə almadan nəsə etmir. Ərəblər isə “pul verirəmsə, nə istəyirəm, edə bilərəm” düşüncəsi ilə hərəkət edir.

Bir məqamı da unutmamalıyıq. Bu gün internet əsridir. Fahişəliyi hətta internet vasitəsilə edirlər. Fahişəlik üçün müxtəlif vasitələr var ki, daha əlçatandır. Düşünmürəm ki, kütləvi şəkildə küçələrə çıxıb kimlərisə “ovlasınlar”. Bu cür hallar az-az olur. Fahişəlik də təbəqələrə bölünüb. Küçədə, barda, yaxud da elit formada  fəaliyyət göstərən fahişələr var. Hətta bu təbəqə nümayəndələri arasında da konflikt mövcuddur. Barda, yaxud da klubda çalışan fahişələr özlərini fərqli hesab edirlər. Bunların da öz problemləri var”.


Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə üzrə milli koordinatorun hesabatında bildirilib ki, 2018-ci ildə  144 insan alveri faktı qeydə alınıb.

Fahişəliyə cəlb etməklə bağlı 60, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə üzrə 5, əxlaqsızlıq yuvaları saxlama üzrə 24, seksual xarakterli hərəkətlərə məcbur etmə üzrə 4, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma üzrə 8 cinayət faktı aşkarlanıb.
Ötən il 34 insan alverçisi saxlanılıb, insan alveri qurbanları olan 98 nəfər müəyyənləşdirilib.
28 nəfərdən ibarət 13 сinayətkar qrup zərərsizləşdirilib.
Hazırda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarış elan edilmiş 19 nəfər var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazax və Şəmkirdə qaz xətləri yenilənir 14 May 2021, 10:31 Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib 14 May 2021, 10:16 Zakir Həsənov azad olunmuş ərazilərdə - FOTOLAR 14 May 2021, 10:09 20 yaşlı tələbə itkin düşüb 14 May 2021, 10:04 Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM 14 May 2021, 10:00 İsrail hava hücumlarına yenidən başlayıb 14 May 2021, 09:50 Tokio Olimpiadasının keçirilməsinə qarşı petisiya toplanır 14 May 2021, 09:33 Yer kürəsinə asteroid yaxınlaşacaq 14 May 2021, 09:19 BMT Təhlükəsizlik Şurası Fələstin üçün TOPLANACAQ 14 May 2021, 09:05 Ordumuz antiterror təlimlərinə başlayır 14 May 2021, 08:26 Məni niyə Şuşaya aparmayıblar? 14 May 2021, 01:17 Bakıda yeniyetmə boğazından bıçaqlandı 14 May 2021, 00:58 Ən çox peyvənd vurulan ölkələr 14 May 2021, 00:43 ABŞ 120 nəfərlik personalı İsraildən çıxardı 14 May 2021, 00:27 İsrailin atəşi nəticəsində “Anadolu” agentliyinin iki əməkdaşı yaralandı 14 May 2021, 00:16 Livandan İsrail istiqamətinə raket atıldı 14 May 2021, 00:01 Ermənistan-Azərbaycan sərhədində gərginliyin izi hara aparır? - TƏHLİL 13 May 2021, 23:53 Gürcüstanın Baş naziri müsəlmanları təbrik etdi - FOTO 13 May 2021, 23:48 Polisin xəbərdarlığına baxmayan 10 piyada cərimələndi - FOTO 13 May 2021, 23:32 “Oğlumun “Sportinq”ə keçməsi üçün hər şeyi edəcəm” - Ronaldonun anası 13 May 2021, 23:17 Türkiyədə yoluxanlar azaldı, ölənlər artdı 13 May 2021, 23:04 ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ 13 May 2021, 22:49 İsmayıllıda ağır yol qəzası - ölən var 13 May 2021, 22:35 Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə GETDİ 13 May 2021, 22:27 Daha 30 şirkət Rusiyaya pomidor ixrac edəcək 13 May 2021, 22:18 Ermənistan-Azərbaycan gərginliyi: “Bizə aid olanların hamısını geri qaytaracağıq!” - ŞƏRH 13 May 2021, 22:03 Ermənistanla sərhəddə nə baş verir? - XİN AÇIQLAMA YAYDI 13 May 2021, 22:03 ATƏT sədri Ermənistanın XİN rəhbəri ilə də danışdı 13 May 2021, 21:53 Cəlilabadda atanın törətdiyi qəzada qızı öldü 13 May 2021, 21:42 Hacıbala Abutalıbova - Hansı yaxşıdır, ölü, yoxsa ilana zəhər verən kərtənkələ? 13 May 2021, 21:34 Gürcüstanda bu məhdudiyyətlər ləğv olundu 13 May 2021, 21:28 ATƏT sədri ilə Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə edildi 13 May 2021, 21:15 Bir ölkəyə görə bütün dünya məhv ola bilər 13 May 2021, 21:02 Gürcüstan PUA istehsal edəcək 13 May 2021, 20:47 AMEA-nın bu jurnalı ilk beynəlxalq indeksini aldı - FOTO 13 May 2021, 20:34