Modern.az

\"Neftçi\" yenə xal itirdi

\

19 Avqust 2019, 22:33

Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

Modern.az xəbər verir ki, "Bakcell Arena"da  keçirilən turun sonuncu matçında "Neftçi" "Sabah"ı qəbul edib.


Görüşdə ilk qol 33-cü dəqiqədə vurulub. "Sabah"ın heyətində Rəşad Eyubov qapıçı ilə təkbətəkdən qalib ayrılıb. 40-cı dəqiqədə Soni Mustivar flaqmanın bərabərlik qoluna imza atıb.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki,  ilk turda "Keşlə" evdə "Qarabağ"a, "Zirə" səfərdə "Səbail"ə 0:1, "Qəbələ" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi