Arxiv
7 Sentyabr 2019, 13:21 | DİASPOR
“Mühacirlərin həyatı” kitabı Fransada təqdim olundu - FOTOLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunan Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” (La vie d`Émigrés) kitabının Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət evində  təqdimatı olub.

 

Kitab burada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində çap olunub və  kitabda müəllifin   xatirələri toplanıb.

 

100-dən çox insanın, əsasən də fransızların iştirak etdiyi təqdimat mərasimində Komitə sədri Fuad Muradov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi qurum daim Cümhuriyyət varislərini diqqətdə saxlayır, hansı ölkədə yaşamalarından asılı olma­yaraq onlarla əlaqələrin qorunub saxlanılma­sına çalışır. Bütün dövrlərdə  Cümhuriyyət qurucularının sayğı ilə anılması Azərbaycan dövləti­nin, ölkə rəhbərliyinin tariximizə, Cümhuriyyət qurucularına hörmət və ehtiramının nümunəsidir. O, qeyd edib ki, “Mühacirlərin həyatı” kitabı Cümhuriyyət mühacirlərinin keçməkeşli, çətin həyat yolunu oxucuya çatdıran zəngin bir mənbədir.

Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev  kitabın Azərbaycanın tarixi şəxsiyyətlərinə verilən yüksək dəyər və Azərbaycanın Fransa cəmiyyətində tanınması üçün qiymətli mənbə olduğunu bildirib.

Müəllifin ailə üzvü Paskal Hacıbəyli “Mühacirlərin həyatı” kitabının Fransada çap edilməsinin həm onun ailəsi üçün, həm də Fransadakı Azərbaycan diasporu üçün əhəmiyyətindən danışıb. O, Komitə sədrinə kitabın çapına verdiyi töhfəyə görə dərin təşəkkür edib. 

 

Təqdimat mərasimindən sonra Timuçin Hacıbəylinin nəvəsi Benjamin Paskala həm özünün, həm də  hazırda xaricdə yaşayan qardaşı Kleman Paskalın “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları təqdim olunub.

B.Hacıbəyli medala görə Azərbaycan dövlətinə təşəkkür edib: “Medalla təltif olunmağımla böyük qürur duydum. Babam və atam Azərbaycanın azadlığını arzulayıb və bu məqsəd uğrunda fəaliyyət göstəriblər. Onların istəyi bu gün reallaşıb. Bizi-Hacıbəylilərin varislərini unutmadıqlarına görə Azərbaycan dövlətinə, eləcə də Diasporla iş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm”.

 

Kitabı fransız dilində nəşr edən “Kəpəz” nəşriyyatının idarə heyətinin üzvləri, Fransada yaşayan tanınmış diaspor nümayəndələri olan Dilbadi Qasımov, Nicat Kazımov, Jan Emmanuel Medina kitab barədə fikirlərini bildiriblər. Onlar “Mühacirlərin həyatı” kitabının Azərbycan diasporu ilə Fransız cəmiyyəti arasında körpü rolu oynayacağını vurğulayıblar.

Tədbir bədii hissə ilə yekunlaşıb.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pilotlar tətili dayandırdı 19 Sentyabr 2019, 00:49 Bakıda "preparator"  gəncin kürəyini deşdi 19 Sentyabr 2019, 00:28 Azərbaycanda xanım müğənni qəzada öldü 19 Sentyabr 2019, 00:14 Metroda polis güllələndi 18 Sentyabr 2019, 23:58 Azərbaycan nefti ucuzlaşdı 18 Sentyabr 2019, 23:43 Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04