Modern.az

Girnədə silah-sursat anbarında partlayış olub

Girnədə silah-sursat anbarında partlayış olub

Aktual

12 Sentyabr 2019, 13:16

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərinin şərqində Çatalköy ərazisində gecə yarısı hərbi silah-sursat deposunda yanğın başlayıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, top və tank mərmilərinin şiddətli partlayışı nəticəsində anbarın yaxınlığında yerləşən 5 ulduzlu otelə və ətrafdakı digər evlərə zərər dəyib. Otel müştəriləri gecə ilə zirzəmilərə və sahilə evakuasiya olunublar, uçuşları olan turistlər isə polis müşayiəti ilə hava limanına aparılıb. Yanğının böyümə ehtimalına görə hərbi birliyin yaxınlığındakı Arapköy və Çatalköydəki evlər boşaldılıb.

 

Səhərə qədər davam edən yanğın və partlayışlara görə əraziyə nəqliyyat vasitələrinin gidişi qadağan olunub. Hadisə yerinə gələn ölkə başçısı Mustafa Akıncı insan tələfatının olmadığını, partlayışları nəzarətdə saxlaya bilmək  üçün lazımlı bütün işlərin görüldüyünü vurğulayıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır. Lakin hələ də gecə 1.30 radələrində başlayıb səhərə qədər davam edən yanğın və partlayışın nədən qaynaqlandığı məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır