Arxiv
16 Sentyabr 2019, 16:53 | AKTUAL
 “Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd etdi

 

Elm və təhsilin inkişafına xüsusi önəm verən “Nar” “Bilik günü” münasibətilə daha bir uğurlu sosial layihəsini həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu dəfə mobil operator kənd məktəblilərini sevindirib. “Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbin 1-ci sinif şagirdlərini bütün lazımi məktəb ləvazimatları ilə təmin edib. Bura məktəblilərin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bununla da mobil operator məktəbə yeni qədəm qoyan uşaqlarda oxumağa həvəs yaratmağa çalışıb.  

 

“Nar”-ın gəlişi uşaqların da sevincinə səbəb olub və onların bayramına bayram qatıb. Şagirdlər hadiyyələrə bigarə qalmayıblar. Onlar məktəbi uğurla başa vuracaqlarına, gələcəkdə ölkəmizə layiqli vətəndaş və öz peşələrinin ən yaxşı mütəxəssisi olacaqlarına  söz veriblər.

 

Qeyd edək ki, “Nar” Cəlilabadın Təzəkənd kəndində yerləşən məktəbə artıq 2-ci dəfədir ki, səfər edib. Mobil operator bu il aprelin 23-də Beynəlxalq Kitab Günündə məktəbin kitabxanasına 500-dən artıq kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər hədiyyə etmişdi. 

 

“Azerfon”-un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, elm və təhsilin təbliği “Nar”-ın sosial layihələrinin vacib istiqamətlərindən biridir: “Bir neçə ay bundan öncə biz bu məktəbə kitablar hədiyyə edəndə uşaqların gözlərində yaranan sevinc işığ, oxuma həvəsi bizi bir daha bura gətirdi. Məqsədimiz odur ki, məktəbə yeni qədəm qoyan şagirdlər “Nar”-ın diqqətini hiss etsinlər. İnanırıq ki, bizim dəstəyimiz şagirdlərin təhsilə marağını daha da artıracaq və onlar gələcəkdə yüksək bilik əldə etməklə cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”. 

 

Məktəbin direktoru Valeh Niftiyev bu hədiyyələrin şagirdlərin daha yaxşı oxumasına stimul verəcəyini bildirib: “Bizim məktəblilər arasında bu vəsaiti almaqda çətinlik çəkən ailələr vardı. Bu onlar üçün xüsusilə böyük hədiyyə oldu. Bundan əvvəl “Nar”-ın bizim kitabxanaya tədim etdiyi kitablar şagirdlərin mütaliəyə marağını daha da artırdı. Təqdim edilən hədiyyələri bizə verilən yüksək dəyər kimi qiymətləndiririk və “Nar” a təşəkkür edirik”. 

 

Qeyd edək ki, “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlada kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə  uğurlu layihələr icra edib. 

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08 Repçi anası ilə birgə yanaraq öldü 25 May 2020, 21:53 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB 25 May 2020, 21:42 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı 25 May 2020, 21:32 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında - YENİLƏNİB 25 May 2020, 21:14 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 25 May 2020, 21:08 Qazaxda ikimərtəbəli ev yandı 25 May 2020, 21:01 “Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir” - İlham Əliyev 25 May 2020, 20:47 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA - YENİLƏNİB 25 May 2020, 20:33 Daha bir ölkədə teatrlar açılır 25 May 2020, 20:16 Jurnalist iki xalq şairi ilə bağlı TƏKLİF irəli sürdü 25 May 2020, 20:09 Naxçıvan-Bakı aviareyslərinin açılması ilə bağlı müraciət edildi 25 May 2020, 20:02 Keçmiş səfir Elmar Məmmədyarovu müdafiə etdi: “Vicdanınız olsun, montajdır!” - VİDEO 25 May 2020, 19:57 Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaltdı 25 May 2020, 19:41 Putinin mətbuat katibi koronavirusdan sağaldı 25 May 2020, 19:13 Bu rayonlarda yağış yağır 25 May 2020, 18:54 “Münasibətlərimizin yüksək səviyyədə olmasından fərəh duyuram” - Lukaşenko 25 May 2020, 18:41 Səudiyyə Ərəbistanında daha 2235 nəfər virusa yoluxdu 25 May 2020, 18:16 Tovuzda maşın aşdı - xəsarət alan var 25 May 2020, 17:59 Orduda ən yaxşı kəşfiyyat qrupu məlum oldu 25 May 2020, 17:47 Azərbaycanda korrupsiya və rüşvətxorluqla kompleks mübarizə aparılır 25 May 2020, 17:39 Biləsuvarda qoyun oğrusu saxlanıldı 25 May 2020, 17:23 İlham Əliyev Şamaxıda TAPŞIRIQ VERDİ 25 May 2020, 16:54