Modern.az

İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi

İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi

18 Sentyabr 2019, 13:33

Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov vəzifəsindən azad olunub.



Bu barədə Modern.az-a İcra Hakimiyyətindən məlumat verilib.



Məlumata görə, Ramiz Göyüşov 65 yaşı tamam olduğu üçün Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindəki vəzifəsindən azad olunub.



Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədridir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir