Modern.az

“İrəli” üzvləri Beynəlxalq layihədə

“İrəli” üzvləri Beynəlxalq layihədə

19 Sentyabr 2019, 16:01

"İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 7 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir. Layihənin mövzusu qadınlara qarşı zorakılıq, ölkələrdə bununla bağlı yaşanan problemlər və onların həlli yolunun tapılmasıdır.

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkil olunub. Layihə ərzində iştirakçılar zorakılığa qarşı təbliğatyönümlü layihələr haqqında müzakirələr aparıb, bu mövzuda qısametrajlı filmlər hazırlayıblar.

 

“İrəli” gəncləri “İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Birliyinin gənc fəalları Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim etməklə yanaşı, layihə iştirakçılarına tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər. Mübadilə proqramında 5 ölkə - Azərbaycan, Türkiyə, Latvia, Gürcüstan və Portuqaliya iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir