Arxiv
20 Sentyabr 2019, 13:21 | AKTUAL
Azərbaycan Parisdə Beynəlxalq Çay festivalında iştirak edəcək

27-29 sentyabr 2019-cu il tarixlərində “Parisdə beynəlxalq çay kəndi” (Village des thés) festivalı keçiriləcək.

Modern.az-ın məlumatına görə, ölkəmiz bu festivalda “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin, eləcə də “Paris Azərbaycan Evi”nin dəstəyi ilə təmsil olunacaq.

Artıq neçə illərdir ki,  Azərbaycan Dostları Assosiasiyası Fransada ölkəmizin mədəniyyətini, irs və tarixini təbliğ edir və bu məqsədlə bir sıra silsilə tədbirlər həyata keçirir.   


“Parisdə çay kəndi”  festivalında Azərbaycan məhsulları “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunacaq. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. ASC-nin əsas məqsədi kənd təsərrüfatı sahəsini, yerli kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, Azərbaycan istehsalı olan ərzaq və kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracında istehsalçılara kömək etməkdir. 

Parisdə Saint Sulpice meydanında  keçiriləcək beynəlxalq “Çay Kəndi”  tədbirində iştirak da məhz Azərbaycan mədəniyyətinin və yerli çay növlərinin tanıdılması, yerli istehsal olan məhsulların ixracının stimullaşdırılması məqsədi daşıyır. 

“Aqrar Tədarük və Təchizat”  tərəfindən tədbirdə qurumun “Kənddən Şəhərə” adı altında brendləşdirdiyi Zaqatala çayı və digər yerli çay növləri, çaya əlavə edilən yerli ədviyyatlar, müxtəlif şirniyyatlar və quru meyvələr sərgilənəcək, məhsulların dequstasiyası həyata keçiriləcək. Tədbirdə iştirak etməklə ATT ixrac potensialı böyük olan Azərbaycan məhsullarını tanıdacaq və bu məhsulların ixracının artırılması üçün görüşlər həyata keçirəcək.

Bundan başqa, yerli istehsalçıları dəstəkləmək məqsədi ilə yerli “Zaqatala çayı” istehsalçısı da tədbirdə iştirak edəcək. 

 

Tədbirin açılış mərasimi 26 sentyabr 2019-cu il tarixində 6-cı  Paris bələdiyyə rəhbəri Jan Piyer Lökokun  (Jean-Pierre Lecoq) və bir çox siyasi ictimai xadimlərin iştirakı ilə baş tutacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Gültəkin Hacıbəylinin Avropa İttifaqı və ABŞ diplomatı ilə telefon danışığı yayıldı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50