Modern.az

Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL

Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL

Aktual

24 Sentyabr 2019, 11:50

28 sentyabr - 4 oktyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) təşkilatçılığı ilə Azərbaycan paytaxtında “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçiriləcək.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, festival çərçivəsində, sentyabrın 29-30-da “İslam Dünyasında İncəsənət və Sənətkarlığın İnkişaf Perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi təşkil olunacaq:

“Məlum olduğu kimi, Prezident İlham Əliyevin qərarına əsasən, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il “Nəsimi ili” elan olunub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən təşkil olunan sözügedən festival və konqres məhz “Nəsimi İli”-nə həsr olunub. İçərişəhər İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərin əsas məqsədlərindən biri də iştirakçı ölkələrin diqqətini Azərbaycanın zəngin sənətkarlıq tarixinə cəlb etmək, xalqımızın mədəni-mənəvi irsini dünyaya tanıtmaqdır.

 

“İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” konqresində İslam Şərqinin 35 ölkəsindən dövlət orqanlarının nümayəndələri, alimlər, xalq yaradıcılığı sənətkarları, ekspertlər, biznes, beynəlxalq, qeyri-hökumət və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər”.

 

Rəsmi məlumata görə, tədbirdə aşağıda qeyd olunan istiqamətlərdə geniş diskussiyalar təşkil olunacaq:

“- Bədii toxuculuq – tekstil, xalça sənəti, kəlağayı və s.

 - Bədii metalişləmə – zərgərlik sənəti, misgərlik və s.

- Bədii oyma sənəti – daş, ağac və s.

İki gün davam edəcək Konqresin mədəni proqramı çərçivəsində paytaxt muzeylərinə və Abşeron abidələrinə ziyarətlər nəzərdə tutulub. Konqresin gedişatında Azərbaycan, ərəb və ingilis dillərindən istifadə olunacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!