Modern.az

Mətbuat katibi iş yerini dəyişdi - İndi Bakı Slavyan Universitetində işləyəcək

Mətbuat katibi iş yerini dəyişdi - İndi Bakı Slavyan Universitetində işləyəcək

Media

3 Oktyabr 2019, 13:53

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bundan sonra fəaliyyətini Bakı Slavyan Universitetində davam etdirəcək.

 

Bu barədə Modern.az-a danışan Mənsur İbrahimov bildirib ki, oktyabr ayının 1-dən hazırki vəzifəyə təyin olunub.

 

“Sentyabrin 30-u könüllü olaraq ADPU-dakı işimdən uzaqlaşdım və artıq oktyabrın 1-i yeni təyinat aldım. Bu aydan etibarən Bakı Slavyan Universitetində (BSU) mətbuat xidmətinin rəhbəri kimi çalışacam. Slavyan Universitetinin məzunu olduğum üçün bura mənə çox doğmadır. Çalışacam ki, BSU-un rektoru Nurlana Əliyevanın mənə olan etimadının doğruldum” – deyən M.İbrahimov özündən əvvəl BSU-nun mətbuat xidmətinə rəhbərlik edən İbrahim Quliyevin həmin universitetin “Azərbaycan multikulturalizm və ölkəşünaslıq” kafedrasının müdiri kimi işinə davam edəcəyini bildirib.

 

“ADPU-da isə mətbuat xidməti rəhbərinin kim olacağı barədə məlumatım yoxdur”, - M.İbrahimov deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır