Arxiv
7 Oktyabr 2019, 14:27 | HADİSƏ
“Bu hadisə gərək Təbrizdə olmayaydı” – İranda növbəti bayraq qalmaqalı

İranda Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.

Modern.az xəbər verir ki, oktyabrın 2-də İranda Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of  Iran” velosiped yarışı başlayıb. I mərhələsi Təbrizdə start götürən veloturda Azərbaycan yığma komandası da iştirak edib.

Ancaq təqdimat mərasimi heç də xoş hadisə ilə yadda qalmayıb. Yarışda iştirak edən ölkələrin bayraqları içərisində Azərbaycan bayrağına rast gəlinməyib.

Bunu görən nümayəndə heyətimizin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov Azərbaycan bayrağı tribunaya gətirilməyincə tədbirə qatılmayacağını bildirib. Onun təkidindən sonra, Azərbaycan bayrağı tribunaya gətirilib.

Məsələ ilə bağlı Respublika Olimpiya Məktəbinin direktoru Faiq Qurbanov Modern.az-a açıqlama verib.

“Düşünürəm ki, bu cür hörmətsizliyi görən hər bir azərbaycanlı mənim kimi bu cür reaksiya verərdi. Çünki biz o yarışa qatılıb iştirak ediriksə, bayrağımız da tribunada olmalıdır.Təkidlə bildirdim ki,əgər Azərbaycan bayrağı tribunaya gəlməzsə, biz təqdimatda iştirak etməyəcəyik. İnandırım sizi, bütün təşkilat rəhbərliyi məndən üzr istədi. Sonradan araşdırmamdan və öz fikirlərimdən belə qənaətə gəldim ki, ola bilər ki, təşkilat komitəsində olan kimsə Azərbaycana qərəzli münasibət bəsləyib. O da ola bilər ki, bu işə baxan şəxsin məsuliyyətsizliyi ucbatından da baş verə bilər. Ancaq bizi üzən o oldu ki, harda olmasından asılı olmayaraq, bu hadisə gərək Təbriz şəhərində olmayaydı. Bu proses  təxminən 40 dəqiqə çəkdi. Hətta idmançıların təqdimatını da gecikdirdilər. Videoya fikir versəniz görərsiniz ki, bütün bayraqlardan uca bir dirəyə Azərbaycan bayrağını yerləşdirdilər. Məhz bayrağımız tribunaya gətirilib yerləşdirildikdən sonra, biz yarışa qatıldıq”, - F.Qurbanov bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ordumuzun “Qrad” sistemindən istifadə etməsi barədə məlumat dezinformasiyadır” - Müdafiə Nazirliyi 15 İyul 2020, 06:36 Azərbaycan ordusuna dəstək aksiyası - FOTOLAR 15 İyul 2020, 01:23 Bu ölkə Tovuz istiqamətindəki döyüşlərə görə Ermənistanı DƏSTƏKLƏDİ 15 İyul 2020, 01:03 ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27