Modern.az

Azərbaycan vətəndaşlığına qəbul edilmiş “xaricilər” hərbi xidmətə çağırılırlar? - Rəsmilər aydınlıq gətirdilər - VİDEO

Azərbaycan vətəndaşlığına qəbul edilmiş “xaricilər” hərbi xidmətə çağırılırlar? - Rəsmilər aydınlıq gətirdilər - VİDEO

10 Oktyabr 2019, 11:20

Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmiş şəxslər və xarici ölkə vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasında vətəndaşlığına xitam verilməmiş şəxslərin həqiqi hərbi xidmətə cəlb olunması hansı formada tənzimlənir?

Moderm.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisləri, polkovnik-leytenant Nizami Heybətov və mayor Füzuli İsmayılov İTV-nin "Radius" hərbi proqramında bu haqda danışıblar.

Bildirlib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər Azərbaycan Respublikasında təkrar həqiqi hərbi xidmətə cəlb olunmurlar.

Azərbaycan Respublikasının vətəndaşı olaraq xarici dövlət və ya dövlətlərin vətəndaşlığını əldə etmiş, lakin Azərbaycan Respublikasında vətəndaşlığına xitam verilmiş şəxslər hansı ölkədə hərbi xidmət keçməyindən asılı olmayaraq, Azərbaycan Respublikasında da ümumi əsaslarla həqiqi hərbi xidmətə cəlb olunurlar.

Proqramda oktyabr çağırışından,gənclərin çağırışaqədərki hazırlığından da geniş danışılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır