Modern.az

Türkiyə ordusu Suriya ərazisində irəliləməyə davam edir

Türkiyə ordusu Suriya ərazisində irəliləməyə davam edir

10 Oktyabr 2019, 12:23

Türkiyə ordusu “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Suriya ərazisində irəliləməyə davam edir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, türk ordusu ilə kürd silahlıları arasında Qamışlı şəhərinin qərbindəki Əl-Həliliyə və Tannura qəsəbələrində döyüş olub.

 

Türkiyə artilleriyasının isə Suriya kürdlərinin inzibati mərkəz elan etdikləri Qamışlı şəhərinə doğru irəlilədikləri məlumdur. Hazırda türk ordusunun sərhəddə yerləşən Ras-əl-Ayn və Tel-Abyad şəhərlərinə daxil olmağa hazırlaşdığı açıqlanıb.

Artilleriya zərbələri zamanı 7 kürd döyüşçüsününü öldüyü, 16-nın yaralandığı da açıqlanıb.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır