Arxiv
10 Oktyabr 2019, 14:50 | AKTUAL
Deputat: “İlham Əliyev Azərbaycan dilinin inkişafına  ciddi diqqət verir”

 

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb Elmləri Bölməsinin iclasi keçirilib.

 

Modern.az xəbər verir ki, iclası giriş nitqi ilə açan Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov Bölmənin üzvlərini və dəvət olunmuş ekspertləri gündəliklə tanış edib. 

 

O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafına  ciddi diqqət verir. Bu siyasi kursun səmərəli icrasında Terminologiya Komissiyasının böyük rolunu vurğulayan akademik müxtəlif elm sahələri ilə bağlı terminoloji lüğətlərin hazırlanmasının həm tədqiqatların səmərəliliyinin artırılması, həm də dilin zənginləşdirilməsi baxımından vacibliyini qeyd edib. Akademik Əhliman Əmiraslanov Terminologiya Komissiyasının Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə yenidən baxılmasına ciddi zərurət yaranmasından danışıb, bununla bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacağını bildirib. 

 

Daha sonra iclasın sədri sözü Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovaya verib. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində elmi terminologiya problemlərinə həmişə həssaslıqla yanaşıldığını qeyd edən professor Sayalı Sadıqova son illərdə Terminologiya Komissiyasının qərarı ilə işıq üzü görmüş “Hərbi-tibbi terminlərin izahlı lüğəti”, “Onkologiya terminləri lüğəti” kimi əsərlərin Azərbaycan tibb elminə dəyərli töhfə olduğunu vurğulayıb. Daha sonra natiq Terminologiya Komissiyasının fəaliyyət prinsiplərindən, terminologiyaya qoyular tələblərdən danışıb. O, AMEA-nın Zoologiya İnstitutu tərəfindən müzakirəyə təqdim edilən “Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)” üzrə informasiya sisteminə daxil ediləcək heyvan adları və terminlərlə bağlı bir sıra mübahisəli məqamlara diqqət çəkib, məsələ ilə bağlı müəlliflər qarşısında suallar qoyub. 

 

 

Sonra aparılan geniş müzakirələrdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova, AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Dövlət Sərhəd Xidmətinin Hərbi Qospitalının rəisi, tibb elmləri doktoru, AMEA-nın professoru Kənan Yusifzadə, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Tağıyev, Zooloji Muzeyin direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Bünyatova, AMEA Zoologiya İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov və başqaları çıxış edib təkliflər verərək öz fikirlərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Uşaqlara verilən ADLAR - Ötən il Yusif, Zəhra, bəs 2020-ci ildə? 22 Yanvar 2020, 15:52 Putin: “Rusiyaya güclü prezident hakimiyyəti lazımdır” 22 Yanvar 2020, 15:46 İTV Eurovision-2020” üçün mahnı qəbulunu elan etdi 22 Yanvar 2020, 15:45 Ramiz Mehdiyev Yüksək Texnologiyalar Parkına baxış keçirdi 22 Yanvar 2020, 15:30 Deputatlığa namizəd Natiq Cəfərlinin həyat yoldaşı: “Bu il qələbəyə çox yaxın olduğunu hiss edirəm” 22 Yanvar 2020, 15:23 Azərbaycanda hoteldə işləyənlər üçün YENİLİK 22 Yanvar 2020, 15:17 Rəşad Camalov Şirvan camaatı ilə izdihamlı görüş keçirib - FOTOLAR 22 Yanvar 2020, 15:10 Azərbaycanda ölənlərin sayı azalıb 22 Yanvar 2020, 15:05 AFFA bir neçə futbolçunu cəzalandırdı 22 Yanvar 2020, 15:00 Qazaxıstan sərhədçiləri azərbaycanlıları saxladı - Xəzər dənizində 22 Yanvar 2020, 14:54 Oqtay Əsədov “Facebook”a gəldi  22 Yanvar 2020, 14:47 Deputatlığa namizəd Anar Məmmədovun  təşviqatı davam edir - FOTOLAR 22 Yanvar 2020, 14:41 Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüşlər keçirib - FOTO 22 Yanvar 2020, 14:40 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ 22 Yanvar 2020, 14:33 İcra başçısı Qarabağ əlillərinin yaşadığı binadakı vəziyyətlə tanış oldu 22 Yanvar 2020, 14:27 Hadi Rəcəbli gənclərlə Həzi Aslanovun  abidəsi önündə - FOTOLAR 22 Yanvar 2020, 14:24 “Azərbaycanda siyasi məhbus məsələsi məruzəçi tərəfindən kənara qoyulub” 22 Yanvar 2020, 14:19 Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb 22 Yanvar 2020, 14:14 Azərbaycanda bu sahədə çalışanların maaşı artırılıb - SİYAHI 22 Yanvar 2020, 14:08 İranın daha bir komandiri öldürüldü 22 Yanvar 2020, 14:02 UNEC-də Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub - FOTO 22 Yanvar 2020, 13:56 Yunanıstanda ilk dəfə qadın prezident seçilib - Səsvermə ilə 22 Yanvar 2020, 13:50 Ziyafət Əsgərov Astarada seçicilərlə görüşdü - FOTO 22 Yanvar 2020, 13:44 Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - FOTOLAR 22 Yanvar 2020, 13:40 Deputatlığa namizəd Pərvin Kərimzadənin elmi fəaliyyətinin əsasını Vətən tarixi təşkil edir 22 Yanvar 2020, 13:37 AŞ PA nümayəndə heyəti Azərbaycanda səfərdədir 22 Yanvar 2020, 13:36 Seçki təxribatçıları necə ifşa olundu - VİDEO FAKT 22 Yanvar 2020, 13:30 Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans keçiriləcək 22 Yanvar 2020, 13:24 Sabahın hava proqnozu AÇIQLANDI 22 Yanvar 2020, 13:17 Təhsil Nazirliyi Dağıstandakı soydaşlarımızın dərslik probleminə TOXUNDU 22 Yanvar 2020, 13:12 9659 fermerin torpaq sənədləri peykdən yoxlandı 22 Yanvar 2020, 13:06 Dadaş Dadaşlinskinin müsahibələrindən maraqlı anlar – I HİSSƏ - VİDEO 22 Yanvar 2020, 13:00 Məntəqəyə girən seçicinin telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur 22 Yanvar 2020, 12:50 Azərbaycanda ruhi xəstəni öldürüb kanala atdılar 22 Yanvar 2020, 12:43 Ermənistanda “qanuni oğru”lara qarşı qanun qəbul olundu 22 Yanvar 2020, 12:36
SORĞU Yeni parlamentdə kimlər olsun?