Modern.az

Evindən oğurluq edən Quba sakini saxlanıldı

Evindən oğurluq edən Quba sakini saxlanıldı

Aktual

14 Oktyabr 2019, 12:05

Qubada oğurluq hadisəsinin üstü açılıb.

 

Modern.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonu Səbətlər kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

 

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib.  Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb.  

 

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür