Modern.az

Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

14 Oktyabr 2019, 19:46

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 27 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "BMW 523" və "Qaz 31105 120" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2 ədəd "Samsung Galaxy A 10", 10 ədəd "Odscn B 350 E", 5 ədəd "Kgtel E1200", 10 ədəd "New Bee" markalı mobil telefonlar, 119 ədəd qidalandırıcı, 18 ədəd USB və 24 ədəd mobil telefon üçün qutu aşkarlanıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...