Arxiv
17 Oktyabr 2019, 10:14 | AKTUAL
Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir”

Bu gün Kapital Bank, ölkə üzrə filial şəbəkəsinə, partnyor şəbəkəsinə, bazarda olan taksit kart müştərilərinin sayına və digər bir sıra meyarlarına görə liderdir. 3 milyondan artıq müştəriyə xidmət göstərən ölkənin birinci bankı demək olar ki, hər ay yeni aksiya və kampaniyalarını müştərilərin ixtiyarına verir. Təbii ki, bütün bunlarla yanaşı müştəri xidməti keyfiyyətini də yaxşılaşdırmaq istiqamətində ciddi işlər görür.

 

Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Kapital Bank-ın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamovdan müsahibə verib.

 

 

Modern.az müsahibəni təqdim edir:

 

 

- Ramil müəllim, hazırda Kapital Bank-ın BirKart taksit kartı əhali tərəfindən ən çox rəğbətlə qarşılanan kartdır. Hətta məvacibini və təqaüdünü Kapital Bank-dan almayanlar da BirKart sahibi ola bilərlər. Bir qədər bu barədə danışaq.

 

- Əsas hədəfimiz hazırda ölkədə lider olduğumuz pərakəndə bankçılıq sahəsində inkişaf edib, liderliyimizi qorumaqdır. Bu sahədə son illər əsas nailiyyətlərimizdən biri kredit və taksit kart funksiyalarını özündə birləşdirən BirKart məhsulunun satışında yüksək nəticələr əldə etmək olub. Təkcə 2019-cu ilin əvvəlində 200 000-nə yaxın BirKart əldə edən müştəri olub ki, bunun da nəticəsi hazırda BirKart sahiblərinin sayı 430 000-nə çatıb. Əminliklə deyə bilərəm ki, taksit kartları bazarında da birincilik bizim bankımıza məxsusdur. Belə ki, ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir. BirKart-ı daha əlçatan və sərfəli etmək üçün bir sıra işlər həyata keçiririk. Bu ilin əvvəlindən  başlayaraq məvacib və təqaüdlərini Kapital Bank kartları ilə almayan şəxslər üçün çox cəlbedici BirKart şərtləri təklif etməyə başlamışıq ki, nəticədə bu növ müştərilərimiz günü-gündən artmaqdadır.

Bu sahədə daha bir uğurlu əməkdaşlığımız isə cari ildən təsis edilən BirKart Bank Olmayan Kredit Təşkilatıdır (BOKT). Qeyd edim ki, hazırda həm paytaxt Bakıda, həm də Gəncə və Sumqayıt şəhərlərində BOKT-un 14 filialı xidmət göstərir. Bu filiallar əsasən partnyor mağazaları ilə eyni ünvanda, ticarət mərkəzlərində, həmçinin artıq ötən aydan müstəqil şəkildə və müasir dizaynda hazırlanan filiallarda fəaliyyət göstərir. Müştərilərə BOKT filiallarında BirKart satışı həyata keçirilir, BirBank tətbiqi üzərindən müxtəlif növ xidmətlər təklif olunur, həmçinin bu məhsullar üzrə istənilən sualların cavabladırılması həyata keçirilir. Gələcəkdə Bankla BOKT arasında olan qarşılıqlı razılığa əsasən bu sahədə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu günədək BOKT filiallarından minlərlə müştəri  BirKart əldə edib ki, bunun da böyük əksəriyyətini məvaciblərini Kapital Bank-dan almayan müştərilər təşkil edir. Həmçinin bu kartlar üzrə limit məbləğlərinin 70%-dən çoxu taksit dövriyyəsinə yönəlib. Məhz bu səbəbdən də taksit layihəsi üzrə partnyorlarımız son dövrlərdə BirKart BOKT-la əməkdaşlığa xüsusi önəm verməyə başlayıblar. Partnyorlar BirKart BOKT filiallarının mağazalarda fəaliyyət göstərməsinin, ehtiyaca uyğun olaraq dərhal BirKart əldə etmə imkanlarının, taksitli alış-verişdən yararlanmanın həm onlar, həm də müştərilər üçün böyük üstünlük yaratdığını xüsusi ilə qeyd edir, satışları stimullaşdırdığını və müştəri məmnunluğunun artmasına səbəb olduğunu vurğulayırlar.

 

- BirKart-ın partnyor şəbəkəsinin genişlənməsi istiqamətində hansı işlər aparılır?

 

- Bu il qarşıya qoyduğumuz hədəflərdən biri də partnyor şəbəkəmizi daha da genişləndirmək, əsas da regionlarda geniş şəbəkə ilə təmsil olunmaqdır. Taksit partnyorlarımızın sayı 2017-ci ilin sonuna 300-ə yaxın idisə, indi bu rəqəm təqribən 3000-dir. Bu partnyorlardan 830-ü regionlarda fəaliyyət göstərir. Həm taksit funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə, həm də cashback funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə bazarda birinciyik. Həmçinin ötən ay bazara smart kassa cihazlarını ilk təklif edən banklardan biri olaraq bu işi daha da sürətləndirməyi hədəfləyirik. Bu cihazların çox funksiyanallığı partnyorlarımız və müştərilərimiz üçün rahatlıq yaradır. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, anbar uçot sistemi və printer fuksiyalarını birləşdirir.

 

- Xidmətlərin rəqəmsallaşması və optimallaşması sahəsində hansı yenilikləriniz var?

 

- Bayaq qeyd etdiyim kimi Kapital Bank-ın hədəflərindən ən əsası müştərilərə keyfiyyətli xidmət təklif etməkdir. Vacib olan məqamlardan biri müştərilərimizin minimum vaxt sərf etməklə, maksimum onlayn xidmətlər əldə etmələri üçün imkanlar və yeni kanallar yaratmaqdır. Təbii ki, bu sahədə son dövrlərdə əsas addım BirBank mobil tətbiqinin müştərilərimizin istifadəsinə vermək idi. Hazırda bu tətbiqin istifadəçi sayı 700 000 nəfərə yaxındır. İndiki dövrdə tətbiq vasitəsi ilə çoxsaylı xidmətlərin həyata keçirilməsinin, müştəri məmnunluğunun artmasına töhfə verəcəyinə inanırıq. Həmçinin artıq müştərilərimiz üçün bir çox xidmətləri bankımıza məxsus ödəniş terminallarında əldə etmək imkanları yaradılıb. Müştərilərə 24/7 xidmətinin göstərilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması məqsədilə filiallarımızda aparılan əməliyyatların müəyyən hissəsinin ödəniş terminallarına keçirilməsiylə bağlı layihə davam edir. Nəticədə əksər ödənişlər filial kassalarından terminallara yönəldiriləcək ki, bu da aylıq ümumi kassa əməliyyatlarının 34%-i deməkdir. Cari ilin sonunadək terminal saylarının 23%, növbəti ilin sonunadək isə daha 25% artırılması planlaşdırılır ki, bunlardan 30%-i xarici ödəniş terminalı olacaq. Onu da qeyd edim ki, paralel olaraq müştərilərimizə təklif etdiyimiz bank xidmətlərinin müddətlərinin azaldılması məqsədilə işlər aparılır. Cari ana artıq kredit satış prosesləri üzrə xidmət müddətini ikiqat azaltmaya nail olmuşuq. Hədəfimiz bunu bütün xidmət növləri üzrə həyata keçirmək və daim bütün növ xidmətlərin optimallaşdırılmasına nail olmaqdır. O cümlədən artıq, BirKart əldə etmək istəyən müştərilərimizin filialda minimal müddətə xidmət almaları üçün də imkanlar yaradılıb. Həm dövlət, həm də özəl sektorda rəsmi olaraq çalışan və istənilən bankın məvacib və təqaüd kartına sahib olan şəxslər kapitalbank.az və ya birkart.az saytlarına onlayn müraciət edə, istənilən Kapital Bank və ya BirKart BOKT filialını seçə və kartı maksimum 5 dəqiqə ərzində xidmət nöqtəsindən eldə edə bilərlər.

 

- Kapital Bank ölkədə ən geniş filial şəbəkəsinə malikdir. Bu sahədə hansı yeniliklər gözlənilir?

 

- Bu ildə də öncəki illərdə olduğu kimi ölkənin filial şəbəkəsinə görə liderliyimizi qoruyuruq və həmçinin transformasiya layihəsi üzrə işlərimizi davam etdiririk. Cari ildə bu sahədə əsas işimiz Naxçıvan Muxtar Respublikası üzrə filiallarımızın yeni biznes proseslərə uyğun fəaliyyətini təmin etmək və aktiv şəkildə məhsullarımızı müştərilərimizə təklif etmək olub. Bunun nəticəsində nağd satışlarımız 7%, BirKart satışlarımız isə 9%-ə yaxin artıb. Təbii ki , görülən işlər bununla tamamlanmır. Belə ki, cari ildə şəbəkəmiz 2 filial və 2 şöbə ilə daha da genişlənib və il sonunadək bura daha 6 struktur bölmənin əlavə olunması planlaşdırılır. Həmçinin filial və şöbələr müasir tələblərə uyğun olaraq vahid korporativ dizayn standartlarında təmir olunması üzrə 7 filialin cari ildə yenilənməsi nəzərdə tutulur.

Sonda onu qeyd etmək istərdim ki, hər zaman olduğu kimi satış imkanlarımızın və müştəri məmnunluğunun paralel şəkildə artırılması üçün görüləcək işlər gələcəkdə də əsas məqsədlərimizdən olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20 İŞİD-in daha  615 üzvü təslim oldu 16 Noyabr 2019, 23:03 Azərbaycan millisi Uelsə uduzdu 16 Noyabr 2019, 22:51 İranda xalq ayağa qalxdı - FOTOLAR 16 Noyabr 2019, 22:16 İraq İranla sərhədi bağladı 16 Noyabr 2019, 21:23 Gürcüstan parlamentinin qarşısında növbəti aksiya 16 Noyabr 2019, 20:55 Bakıdakı ağır qəzada 4 nəfər yaralandı 16 Noyabr 2019, 20:34 Azərbaycan Uelslə bu heyətlə oynayacaq 16 Noyabr 2019, 20:19 Xədicə İsmayılova "Müsavat" rəhbərliyini istefaya çağırdı 16 Noyabr 2019, 20:01 “Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda 16 Noyabr 2019, 18:00 Sumqayıtda yolu keçən qadını maşın vurdu 16 Noyabr 2019, 17:59 “Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu 16 Noyabr 2019, 17:46 Milli Qəhrəmanlara heykəl qoyma ənənəsi davam etdiriləcək? 16 Noyabr 2019, 17:18 Benzin bahalaşdı, İran qarışdı - ölən və yaralananlar var 16 Noyabr 2019, 16:53 İlham Əliyev Latviyalı həmkarına məktub göndərdi 16 Noyabr 2019, 16:45 Məzahir Pənahov: “22 min 529 nəfərin namizədliyi qeydə alınıb” 16 Noyabr 2019, 16:31 Prezident Oman Sultanını təbrik etdi 16 Noyabr 2019, 16:22 BDU kollektivi universitet ərazisinə 650 ağac əkdi 16 Noyabr 2019, 16:07 Zakir Həsənov orduya əmr etdi: təlimlərin sayı artırılsın 16 Noyabr 2019, 15:56 Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdi 16 Noyabr 2019, 15:45 “Azəriqaz” qazanxalara qaz verməyə başladı - iki dövlət qurumu ANLAŞDI 16 Noyabr 2019, 15:33 Göygöldə hadisə yerindən qaçan sürücü tutuldu 16 Noyabr 2019, 15:15 Paytaxt istiliksiz qaldı: “Azəriqaz” “Azəristiliktəchizat”a qaz vermir - PROBLEM 16 Noyabr 2019, 14:51 Leyla Məmmədovadan fermerlərə MÜRACİƏT: “Onlara inanmayın” 16 Noyabr 2019, 14:26 Arpa ilə bədənin TƏMİZLƏNMƏSİ 16 Noyabr 2019, 14:08 Siz hardasınız, XANKƏNDLİLƏR? 16 Noyabr 2019, 13:46 Ərdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir? 16 Noyabr 2019, 13:37  “Azərsu” sədri Mingəçevirdə qəbul keçirdi 16 Noyabr 2019, 13:28 Daha bir jurnalist bələdiyyə seçkilərinə QATILDI 16 Noyabr 2019, 13:27