Modern.az

Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ

Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ

Aktual

17 Oktyabr 2019, 10:43

“Azərbaycanda internetin orta sürəti 3.1 Mbit/saniyədir. Hesablamalara görə internetin sürətinin 2 dəfə artırılması ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun 0.3% artımına səbəb olur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat deyib ki,  2018-ci ildə Azərbaycanda ÜDM-in həcmi 80 milyard manat olub.

“Demək, internet infrastrukturunu təkmilləşdirməklə, orta internet sürətini 6.2 Mbit/san etməklə iqtisadiyyatda əlavə 240 milyon manat dəyərin yaranmasına nail olmaq mümkündür. Bu isə əlavə olaraq minlərlə iş yeri və büdcə gəlirlərinin artması deməkdir”.


Deputat xatırlatma edərək bildirib ki, dünya üzrə orta internet sürəti 11 Mbit/san-dir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı