Yaxın Şərqdə gərginlik artmaqda davam edir. Xüsusilə də, Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları vəziyyəti qəlizləşdirib. Məhz son proseslər fonunda müqəddəs torpaqlarda - Məkkə və Mədinəyə zəvvarların ziyarətlərinin təhlükəsizliyi məsələsi gündəmə gəlib. Diqqətçəkən məqamlardan biri də zəvvarların Kəbəyə ziyarətlərinin dayandırılması ehtimalıdır.
Modern.az-a açıqlamasında səudiyyəli jurnalist Əhməd Hələbi bildirib ki, Məkkə və Mədinəyə ziyarətlərlə bağlı hər hansı məhdudiyyət yoxdur:
"Hazırda heç bir məhdudiyyətlər qoyulmayıb. Allaha şükür Ümrə zəvvarlarının sayı artır və Həcc müqavilələri ilə bağlı hazırlıq işləri normal qaydada davam edir”, - deyə Əhməd Hələbi qeyd edib.
Səudiyyəli jurnalist ölkəsinin Məkkə Sazişinə uyğun olaraq, Türkiyə və Pakistandan kömək istəyib-istənməyəcəyi məsələsinə isə belə cavab verib: "Hələ ki, belə bir addım atılmayıb. Bu, siyasətçilərin işidir".