Modern.az

İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib

İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib

23 Oktyabr 2019, 17:55

İsveç Kralığının 2-ci böyük regionu sayılan Qərbi Yöteland (1.7mil 49 şəhər bələdiyyə) parlamentinin qərarı ilə həmyerlimiz Turan Əliyev regionun qərb bölgəsi üzrə fəaliyyət göstərən səhiyyə komitəsinə üzvü seçilib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Region səhiyyə komitəsinin üzvülərinin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülür və region parlamenti tərəfindən səsvermə yolu ilə qəbul olunur. Komitə üzvü siyasi vəzifə sayılır və namizədliyi irəli sürülmüş partiyani komitədə təmsil edir. Komitə əhalinin tibbi xidmətə olan ehtiyaclarını araşdırmaq və təhlil etmək, əlilliyi olan şəxslərə tibbi yardımı, əhalinin ilkin tibbi yardımı, stomatoloji xidmətləri, xəstəxana baxımı, sağlamlığın mühafizəsi, xəstəxana sifarişləri, tibb faliyyəti üzrə qanun layihələrinin hazırlanması, ictimai səhiyyə müdaxilələri barədə siyasi qərarları verməklə, imzalanmiş sazişlərə nəzarət edərək, bu sahələr üçün məsuliyyət daşıyır”.

Qeyd edək ki,bölgənin səhiyyə komitəsinin təmsil etdiyi şəhər bələdiyələri Partille, Lerum, Härryda, Ale, Alingsås, Kungälv, Lilla Edet, Mölndal, Stenungssund, Tjörn, och Öckerödur.

Hal-hazırda bölgədə bir neçə böyük xəstəxana və 46 klinika fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü