Modern.az

“OBA”nın mətbuat katibi işdən çıxdı

“OBA”nın mətbuat katibi işdən çıxdı

28 Oktyabr 2019, 13:07

“OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev işindən ayrılıb.
 

Modern.az xəbər verir ki, bu barədə Elvin Babayev Facebook səhifəsində yazıb:

“Bu gündən etibarən "Veysəloğlu Qrup"la, eləcə də OBA marketlər şəbəkəsi ilə yollarımı ayırdım. 3 il ərzində "Veysəloğlu Qrup"da kommunikasiya istiqamətində və ictimaiyyətlə əlaqələrin qurulmasında imkan verildiyi qədər nələrsə etməyə çalışdım. Yaxşı dostlar qazandım. Geniş portfoliyo və fərqli istiqamətlərdə bilgilər əldə etdim. Ümid edirəm ki, sizin üçün də faydalı olmuşam. Artıq yeni sahələr və yeni istiqamətlərə getmək vaxtıdır”.

“Bir neçə gün dincələcək və açıqda qalan layihələrimi davam etdirəcəyəm. Sonra gələn təklifləri dəyərləndirəcəyəm” – E.Babayev fikirlərinə əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir