Arxiv
1 Noyabr 2019, 13:01 | ÖLKƏ
İlham Əliyev Prezident Administrasiyasına yeni rəhbər təyin etdi - FOTO+DOSYE

Azərbaycan Prezident İlham Əliyev Prezident Administrasiyasına yeni rəhbərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Samir Rafiq oğlu Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.


İlham Əliyevin digər sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Qeyd edildiyi kimi, Samir Nuriyev bu təyinatadək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışırdı.


Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb, 2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Evlidir, iki uşaq atasıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər: ölən var, VİDEO 13 Noyabr 2019, 21:08 Bulvarda dənizə düşən şəxs xilas edildi 13 Noyabr 2019, 20:52 "El-Klasiko"nun vaxtı açıqlandı 13 Noyabr 2019, 20:38 Quba sakini dəm qazından boğuldu 13 Noyabr 2019, 20:27 BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldi 13 Noyabr 2019, 20:15 Sosial şəbəkədə narkotik vasitə satan şəxs yaxalandı 13 Noyabr 2019, 20:02 Gəncədə mikroavtobus piyadanı vurub 13 Noyabr 2019, 19:47 Ermənistan ali məktəblərində etiraz aksiyaları 13 Noyabr 2019, 19:36 Bakıda sürücülər arasında dava düşüb, xəsarət alan var 13 Noyabr 2019, 19:27 Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb 13 Noyabr 2019, 19:19 Ermənistanın Rusiyadakı səfirliyi ermənilərlə ruslar arasında gərginlik haqda 13 Noyabr 2019, 19:07 İŞİD-in hbərlərindən biri rkiyəsaxlanıldı 13 Noyabr 2019, 19:01 İran uranı 20%-ə qədər zənginləşdirəcək 13 Noyabr 2019, 18:48 İlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edib - YENİLƏNİB 13 Noyabr 2019, 18:33 “Primakova dedim ki,… Mənim hakimiyyətim Allahla tək qalanda başlayır” - Şeyxulislamdan maraqlı AÇIQLAMALAR 13 Noyabr 2019, 18:20 Rüşvətdə təqsirləndirilən polkovnik-leytenant azadlığa buraxıldı 13 Noyabr 2019, 18:15 Oqtay Əsədov nazirə belə DEDİ: “Yerlibazlıq edib, sənə imkan yaratdıq ki...” 13 Noyabr 2019, 18:01 Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO 13 Noyabr 2019, 17:50 “Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var” - DYP 13 Noyabr 2019, 17:42 İşsizlikdən Sığorta Fondunun 2020-ci ildəki gəlir və xərcləri qəbul edildi 13 Noyabr 2019, 17:33 Bu müəllimlərin maaşları artırıldı - RƏSMİ 13 Noyabr 2019, 17:31 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat olacaq 13 Noyabr 2019, 17:29 Bəxtiyar Hacıyev Paşinyana sualından DANIŞDI: “Özüm aqressiv davranmadım” 13 Noyabr 2019, 17:29 Sabiq kəşfiyyat rəisi yoxa çıxdı 13 Noyabr 2019, 17:29 Azərbaycanda yaşayış minimumunun gələnilki məbləği bu qədər olacaq 13 Noyabr 2019, 17:28 Nazir bütün uşaqlara “uşaqpulu” verməyi mümkün SAYMADI 13 Noyabr 2019, 17:17 “Azəriqaz”ın yeni rəhbəri idarə rəislərinə tapşırıq verdi 13 Noyabr 2019, 17:11 Bu il 934 şəhid ailəsinə və əlilə mənzil veriləcək 13 Noyabr 2019, 17:06 Nazir minimum pensiya artımının davamlı olacağını anons etdi 13 Noyabr 2019, 16:54 “İnsanların ətraf mühitlə kommunikasiyası məhdudlaşıb” - Hikmət Babaoğlu 13 Noyabr 2019, 16:48 Misir Mərdanov: “Test üsulunun gətirilməsində mən də iştirak etmişəm” 13 Noyabr 2019, 16:41 Suriyadakı Rusiya qoşunlarına yeni komandan təyin olundu 13 Noyabr 2019, 16:38 Deputat hökuməti ehtiyac meyarını ləğv etməyə ÇAĞIRDI 13 Noyabr 2019, 16:33 İlham Əliyev rusiyalı rəsmiləri qəbul edib - YENİLƏNİB 13 Noyabr 2019, 16:32 Erasmus+ KA2 layihəsi çərçivəsində müzakirələr aparılıb   13 Noyabr 2019, 16:27