Modern.az

Ermənilər Naxçıvan və Qazaxla sərhədboyu sığınacaqlar tikir

Ermənilər Naxçıvan və Qazaxla sərhədboyu sığınacaqlar tikir

Dünya

4 Noyabr 2019, 17:12

Ermənistan fövqəladə hallar naziri Feliks Çolakyan Azərbaycanla sərhədboyu yeraltı bunkerlərin inşa olunacağını söyləyib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə büdcə müzakirələri zamanı deyib.

 

Yaxınlarda Azərbaycanla həmsərhəd Berd şəhərində yeraltı sığınacaq inşa olunub. Əsas sığınacaqlar Tavuş vilayətində inşa olunsa da, planlarda Naxçıvanla həmsərhəd Vayots Dzor vilayətində də inşaat işlərinin aparılması gözlənilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür