Modern.az

“Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov

“Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov

Aktual

11 Noyabr 2019, 20:02

"Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir".

Modern.az xəbər verir ki, bunu "Trend"ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Yerevanda Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş sərgi açılışını şərh edərkən deyib.

Analitik bildirib ki, bu sərgi Rusiya və Ermənistan KİV-ləri tərəfindən qələbənin yubileyinin MDB çərçivəsində qeyd olunmasına ölkələrin birgə hazırlığı kimi qələmə verilir: “Amma bununla belə Yerevanın mərkəzində nasist kollaborasionisti və cinayətkar Qaregin Njdeyə heykəl qoyulub, onun adına meydan, küçə və metro stansiyası var. Nəticədə sürreal mənzərə yaranır, bir tərəfdən nasizm üzərində qələbə təbliğ olunur, digər tərəfdən isə nasizm qəhrəmanlaşdırılır. Onların bu ikiüzlülüyü artıq çoxdan dövlət siyasəti səviyyəsinə yüksəldilmiş normaya çevrilib. Fikrimcə, rəsmi Yerevandan nasist əlaltısı Njdeyə ölkə ərazisində qoyulmuş üç heykəli qeyd-şərtsiz uçurmasını tələb etmək lazımdır”.

Politoloq əlavə edib ki, sərgi yarım il fəaliyyət göstərib bağlanacaq, amma Njdenin heykəlləri dayanmaqda davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!