Modern.az

ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO

ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO

11 Noyabr 2019, 21:34

ABŞ silahlı qüvvələrinin Şərqi Suriyada hərəkətini əks etdirən görüntülər yayılıb.

Modern.az  xəbər verir ki, videoda ABŞ ağır zirehli texnikasının Suriyanın şərq hissəsi ilə hərəkət etdiyi görünür.

Arasında tankların da olduğu 172 iri zirehli texnikanın ABŞ-ın Şimali Suriyadakı Rəqqa və Hələb bölgəsindəki hərbi bazada yerləşdiriləcəyi güman edilir.

Oxu.az-ın məlumatına görə, oktyabrda ABŞ Suriyanın şimalında hərbi qüvvələr yerləşdirəcəyini və bunun neftlə zəngin ərazilərin hərbçilərin əlinə keçməməsi məqsədi daşıdığını bildirmişdi.

Suriya parlamentindən isə cavab olaraq demişdilər ki, Dəməşq ərazisindəki neftlə zəngin torpaqlar dövlətin nəzarətinə veriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir