Arxiv
14 Noyabr 2019, 20:30 | AKTUAL
Qanunu kobud pozan 4 hakimə töhmət verilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Modern.az-a verilən məlumata görə, iclasda çıxış edən Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, ictimai həyatın bütün sahələrində əldə olunan genişmiqyaslı uğurları qeyd edib, "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli fərmanın məhkəmə fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında müstəsna rolunu vurğulayıb.

Qeyd edilib ki, fərmanın icrası çərçivəsində 40-dək mühüm normativ aktın layihəsi hazırlanıb, məhkəmə fəaliyyətinin təkmilləşməsinə, hakimlərin müstəqilliyinin möhkəmlənməsinə yönələn bir sıra qanunlar artıq qəbul edilib, digər tədbirlər görülüb. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni ixtisaslaşmış məhkəmələr təsbit olunub.

Ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni kommersiya və ayrıca inzibati məhkəmələr yaradılıb. 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür.

İclasda kommersiya və inzibati məhkəmələrin fəaliyyəti və gələcək iş həcmi üzrə aparılmış təhlillər nəzərdən keçirilməklə onların ərazi yurisdiksiyası müəyyən olunub, dövlət başçısının qeyd edilən sərəncamı ilə qarşıya qoyulmuş digər məsələlər müzakirə olunub.

Həmçinin, hakimlərin iş yükünün azaldılması və məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması məqsədilə fərmanla hakimlərin ştat sayının 200 vahid artırılmasının mühüm əhəmiyyəti vurğulanıb. Həmin ştatların məhkəmələr, o cümlədən yeni yaradılan Kommersiya və İnzibati məhkəmələr üzrə bölüşdürülməsinə dair müvafiq qərar qəbul olunub. Bu ştatların hakimlərlə komplektləşdirilməsinin fəaliyyətin səmərəliliyinin artırılmasına, məhkəmələrdə işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəyi vurğulanıb.

Bununla əlaqədar iclasda hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinin gedişi barədə Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib.

Qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, xüsusilə dövlət başçısı tərəfindən ayrılmüş əlavə hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi Qaydası təkmilləşdirilib, seçim prosesi daha çevik və davamlı xarakter alıb.

Artıq 200-dən çox namizədlə müsabiqə, o cümlədən test üsulu ilə və yazılı imtahanlar keçirilib, 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb. Həmin hakimliyə namizədlərlə noyabr ayının 15-dən şifahi imtahanlara başlanacaqdır.

Bununla yanaşı, hakim olmaq üçün sənədlərini təqdim etmiş 250-dək hüquqşünasla noyabr ayının 23-də növbəti test imtahanının keçiriləcəyi bildirilib. Müasir texnologiyalar tətbiq edilməklə təşkil olunan və onlayn qaydada canlı yayımlanan imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr ona dərhal elan olunacaqdır.

İclasda hakimlərin seçimi üzrə görülən işlər təqdir olunub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, məhkəmə fəaliyyətində aşkarlığın artırılması, o cümlədən kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrinin səmərəli qurulması üzrə bəzi təşkilati məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TƏBİB sədrindən evdə qalanlara məsləhət - idman hərəkətlərinə üstünlük verin 3 İyul 2020, 18:20 Hazırda əsas diqqət mağaza və marketlərə yönəlib - Prezidentin köməkçisi 3 İyul 2020, 18:14 Metronun sərnişinləri 600 mindən 160 minədək azalıb 3 İyul 2020, 18:10 Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı jurnalistlər və həkimlərin yoluxmasından danışdı 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45 Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:39 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33 İyunda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI 3 İyul 2020, 16:27 Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ 3 İyul 2020, 16:21 İlham Əliyev Trampa məktub göndərdi 3 İyul 2020, 16:18 AMEA rəhbərliyi vurusa yoluxmuş alimə kömək edəcəyinə SÖZ VERDİ 3 İyul 2020, 16:12