Modern.az

Deputatdan təklif: “Ali məktəb kitabları ƏDV-dən azad olunsun” - VİDEO

Deputatdan təklif: “Ali məktəb kitabları ƏDV-dən azad olunsun” - VİDEO

15 Noyabr 2019, 12:03

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə kitab və çap məhsullarına, ali məktəblərdə tədris edilən kitablara ƏDV-nin ləğv edilməsi və ya ciddi azaldılması təklifi ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, Q.Paşayeva Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələrdə kitaba, çap məhsullarına qoyulan ƏDV-nin götürülməsi və ya azaldılması təklifi ilə çıxış edib:

 

“Bu gün ən vacib məsələlərdən biri  cəmiyyətdə kitab oxumağa meyilliliyin artırılması istiqamətində addımlar atmaqdır”. 

 

Deputat Q.Paşayeva kitab və çap məhsullarına, ali məktəb dərsliklərinə ƏDV-nin ləğv edilməsi və ya ciddi azaldılmasını təklif edib və onun önəmi ilə bağlı geniş fikirlərini söyləyib.

 

Ölkəmizdə gənclər arasında kitaba meyilliliyin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini deyən millət vəkili Q.Paşayeva kitaba, çap məhsullarına, ali məktəb dərsliklərinə qoyulan Əlavə Dəyər Vergisinin qonşu ölkələrlə müqayisədə çox yüksək olduğunu söyləyib. Bəzi ölkələrdə ümumiyyətlə kitaba görə ƏDV tətbiq olunmur, bəzilərində isə bu çox cüzi rəqəmlərlə ölçülür.

 

Oxucular və yazarlarımızın bu məsələ ilə bağlı təklifini səsləndirən Q. Paşayeva qarşıdan gələn 2020-ci ildə sözügedən məhsullara qoyulan 18 faizlik ƏDV-nin azaldılmasını, mümkün olduğu təqdirdə isə ləğv edilməsini xahiş edib.

 

Deputat Q.Paşayevanın çıxışını aşağıdakı linkdən izləyə bilərsiniz:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir