Arxiv
19 Noyabr 2019, 15:57 | ÖLKƏ
“Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI

“Siz məni yaman tez qabaqlayırsız. Yenə də çox sağ olun ki, maraqlanıb təbrik etdiniz”.

Bu fikirləri Modern.az-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunması xəbərinə münasibət bildirərkən deyib.


Sabiq Baş nazir adıçəkilən təhsil ocağının onun üçün doğma olduğunu xüsusi qeyd edib:


“Mənim ilk fəaliyyətim elə Azərbaycan Dillər Universitetindən başlayıb. Həmin universiteti də fərqlənmə ilə bitirmişəm. Ondan sonra 25 il orada çalışmışam. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdirinə kimi fəaliyyət göstərmişəm. Bu təhsil ocağı mənə çox doğma yerdir. Müəyyən vəzifələr içərisində pedaqoji sahənin mənim üçün çox önəmli yeri var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədov bu gün yeni vəzifəyə təyin olunub. N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor vəzifəsinə gətirilib.

Xəbəri Modern.az-a Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli təsdiqləyib.

Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Yeni prorektor sabah Universitetin kollektivinə təqdim olunacaq. 

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub. 
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
2002-ci ilin yanvar ayında Prezidentin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olub.
2012-ci ilin noyabr ayında Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilib.
Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
8 oktyabr 2019-cu il tarixində Baş nazir vəzifəsindən azad edilib.

2007-ci ildə  Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 2017-ci ildə "Şərəf" ordeni ilə təltif edilib.

72 yaşlı sabiq Baş nazir evlidir. Üç övladı və nəvələri var.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ailə başcısını itirən 195 min nəfərə pensiya və müavinət ödənilib 29 İyul 2021, 09:36 Şəhriyar Məmmədyarov yenidən Levon Aronyanla qarşılaşacaq 29 İyul 2021, 09:30 Dünyada Şuşadan danışacaqlar – Diaspor tarixində bir ilk 29 İyul 2021, 09:24 Nəticəsindən narazı olan abituriyentlərin NƏZƏRİNƏ 29 İyul 2021, 09:18 3 məzun yüksək bal topladı, 18 nəfər imtahandan qovuldu 29 İyul 2021, 09:12 “Facebook”un gündəlik auditoriyası 2,9 milyarda çatdı 29 İyul 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 29 İyul 2021, 09:00 Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTOLAR 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24 Bakı küləyi "Olimpiakos"un oyunçusuna çətin anlar yaşatdı - VİDEO 28 İyul 2021, 22:10 Goranboyda maşın aşdı - xəsarət alanlar var 28 İyul 2021, 21:57