Arxiv
26 Noyabr 2019, 10:47 | MƏDƏNİYYƏT
Fəxri Xiyabanda boş yerlər AZALIB...

Fəxri Xiyaban Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleksdir. Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli sərəncamı ilə yaradılıb.

Hazırda Bakıda I, II Fəxri Xiyaban mövcuddur. I Fəxri Xiyabanda 256, II Fəxri Xiyabanda 123 görkəmli şəxsi dəfn edilib.

Belə fikirlər var ki, Bakının mərkəzində yerləşən qəbiristanlıqlarda olduğu kimi, I və II Fəxri Xiyabanlarda da sıxlıq müşahidə edilir və bu səbəbdən də yaxın gələcəkdə məşhur şəxslərin burada dəfn edilməsi mümkün olmayacaq.

 

Məsələ ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov  Modern.az-a deyib ki, Fəxri Xiyabanda sıxlıq olsa da, boş yerlər hələ var:

“I və II Fəxri Xiyabanda boş yerlər hələ qalsa da, dəqiq say demək mümkün deyil. Şəhərin mərkəzindəki adi qəbiristanlıqlarda isə daha sıxlıqdır. Doğurudur, məsələn,  kimsə istəyirsə ki, vəfat edəni yaxınlarının yanında dəfn etsin, ona birtəhər yer tapmaq olur. Amma ümumilikdə qəbiristanlıqlarda sıxlıqdır. Hazırda 14 qəbiristanlıq bələdiyyələrə verilib və artıq bu məsələlərlə onlar məşğuldur”.

 

S.Həsənov Fəxri Xiyabanda dəfn olunma prosedurundan da danışıb. Qeyd edib ki, vəfat edən şəxsin Fəxri Xiyabanda dəfn olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə müraciət edilir:

“Departament də bizə məlumat verir. Biz vəfat edənin ixtisasına, peşəsinə uyğun, məsələn akademikdirsə, Xalq artistidirsə və s. o sahəyə uyğun yer ayırırırq. Ölən adam orada dəfn edilir. Yəni biz icraçıyıq, nə göstəriş verilirsə, onu həyata keçiririk”.

 

Milli Məclisin İctimai birliklər və dini komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a bildirib ki, Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması gündəmdədir:

“Fəxri Xiyaban, Bakıda, eləcə də regionlarda olan Şəhidlər xiyabanlarını çıxmaq şərtilə, yerdə qalanların hamısı bərabər olmalıdır. Nazirlər Kabinetinin qərarı əsasında yerlərin ayrılması, qəbirlərin hansı formada olması şərtilə həyata keçirilməlidir. Bu prosedurun rəsmi tərəfidir”.

 

S.Novruzovun sözlərinə görə, əgər Fəxri Xiyabanda yerlər tam məhdudlaşarsa, bununla bağlı hökumət tərəfindən qərar veriləcək:

“Bakıda I və II Fəxri xiyabanlar salınıb. Yerlər məhdudlaşdıqca, hökumət bununla bağlı addım atacaq. Bu, hökumətin səlahiyyətində olan haldır. Qanunla burada qəbirüstü abidələrin qoyulmasına qadağa yoxdur. Yerdə qalan qəbiristanlıqlar isə nümunəvi olmalıdır”.

 

Komitə sədri qeyd edib ki, Azərbaycana xaricdən gələn qonaqlar həm Fəxri Xiyabanla, həm də Şəhidlər Xiyabanı ilə bağlı özlərinin rəylərini açıqlayırlar:

“Onlar bildirirlər ki, hər bir ölkə belə xiyabanlar yaratmağa çalışmalıdır. Bu, insanların tarixdə qalması, gələn qonaqların hər birinin oranı ziyarət edərkən təəssüratının yaranması üçün olduqca vacibdir. Bilinsin ki, mədəniyyətlə, mətbuatla, siyasətlə və s. ilə məşğul olanlar kimlər olub, Azərbaycan torpağının azadlığı uğrunda mübarizədə kimlər iştirak edib... Hər iki yer gənc nəslin düzgün tərbiyə olunmasında, düzgün istiqamətlənməsində mühüm rol oynayır. Tarix dərslərinin keçirilməsilə yanaşı, uşaqların xiyabanları ziyarət etməsi, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərin bir daha xatırlanması əsas amillərdəndir. Biri var kitabdan oxuyasan, biri də var canlı şəkildə onların qəbirlərini ziyaraət edəsən”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ATƏT PA-nın müşahidə missiyasının Azərbaycana gələcəyini gözləyirik - Bahar Muradova 14 Dekabr 2019, 10:42 Paytaxtda dəhşətli CİNAYƏT: Ana və qızı evində öldürüldü 14 Dekabr 2019, 10:13 “Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər” 14 Dekabr 2019, 09:56 Sərhəddə erməni təxribatı: Qazaxın 4 kəndi atəşə tutuldu 14 Dekabr 2019, 09:28 Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir? 14 Dekabr 2019, 09:19 İslamı qəbul edən dünya ULDUZLARI 14 Dekabr 2019, 09:00 Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47