Arxiv
27 Noyabr 2019, 12:55 | TƏHSİL
Təhsil şirkətlərinin aldatdığı tələbələr - xaricdə gecələməyə yer tapmır, 5-6 ilini 1-ci kursda keçirirlər...

İllər əvvəl Azərbaycanda diplom almaq bir üstünlük, nüfuz sayılırdı. Hətta qız anaları diploma cehiz gözü ilə də baxırdılar, yaxud diplomsuz oğlanlara qız vermirdilər. Bu baxışlar indi istisna edilməsə də, əvvəlkindən bir az fərqlənir.

Belə ki, bu gün Azərbaycan valideynləri övladlarının xaricdə təhsil almasını daha çox istəyirlər. Elə bu səbəbdəndir ki, təki xaric olsun deyərək, ağına-bozuna baxmadan, heç bir araşdırma aparmadan bir attestat tələbilə övladlarını qərib ölkələrə göndərirlər.

 

Bu gün xüsusilə Türkiyə ali məktəbləri Azərbaycanda populyarlıq qazanan təhsil müəssisələri sırasındadır. Xaricdə təhsil şirkətlərinin “bir attestat”la qəbul etdikləri tələbələrin sonrakı taleyi isə bir çox hallarda acınacaqlı olur...

Türkiyədəki azərbaycanlı jurnalistlərin verdikləri məlumatlar çox üzücüdür: Aldanaraq gecələməyə yer tapmayan,  5-6 ilini bakalavriat pilləsinin birinci kursunda keçirən, ailələrini dərdə salan azərbaycanlı gənclər. Bütün bunları isə xaricdə təhsil adı ilə fəaliyyət göstərən, əslində valideynləri aldadaraq pullarını alan, övladlarının gələcəyini məhv edən dələduz şirkətlər həyata keçirir. Bu hal o qədər kütləviləşib ki, yüksək biliyə malik olan gənclərimiz az qala qardaş Türkiyədə “qurunun oduna yaş da yanar” acısını yaşayırlar.

 

“Perspektivsiz xarici ali təhsildənsə peşə öyrənmək yaxşıdır”

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, hər bir vətəndaşın təhsil almaq hüququ var, amma bunun üçün edilən seçim doğru olmalıdır:

 

“Çünki burada bir insan teleyindən söhbət gedir. Bəzən gənclərimiz hansı ölkəni, hansı şəhəri, hansı universiteti seçməsinə diqqət yetirmir, bilmir ki, həmin universitet ölkədə tanınır-tanınmır, akreditasiyadan keçib-keçməyib.

Yəni bir sözlə istəyir ki, onun ali təhsili olsun. Universitetin nə qədər perspektivsiz olması həmin vətəndaşın işə qəbulu zamanı daha çox aşkara çıxır.

Bu çox aktual məsələdir və bu sahədə çox ciddi maarifləndirmə aparılmalıdır. Gənclərə doğru yol göstrmək lazımdır ki, onlar ali təhsilin perspektivinin nədən ibarət olduğunu bilsinlər. Bu mənada minlərlə, on minlərlə vətəndaş ya diplomunun tanınmaması, ya diplomunun şübhəli olması ilə bağlı işsiz qalır. Bu isə onların həyatında itirilmiş dövr sayılır. Mənim fikrimcə, həmin şəxslər bunun əvəzində hansısa peşəni öyrənsəydilər daha yaxşı olardı”.

 

Xaricdə yaşayış çətinliklərilə üzləşən azərbaycanlı tələbələr

 

Onun sözlərinə görə, hazırda Türkiyə, Rusiya, Belarusiya universitetlərində bizim ali təhsilin mahiyyətini bilmədən oxuyan çoxsaylı tələbələrimiz var:

 

“Bunlar təki xaricdə təhsil alım, yaxud ölkədən çıxım düşüncəsiylə, hansısa ehtimal əsasında həmin ölkələrə üz tutanlardır. Öz ölkəsində çox da mürəkkəb olmayan qəbul prosesilə universitetə qəbul ola bilməyənlər o ölkələrdə, onların dilini bilməyə-bilməyə çox böyük çətinliklərlə üzləşirlər, yaşayış çətinliklərilə üz-üzə qalırlar. Əvvəllər Azərbaycanda özəl ali məktəblər çox idi. Xüsusilə Beynəlxalq Universitet on minlərlə tələbə qəbul edirdi. Bir növ vəziyyət ört-basdır olunurdu. Bir çox özəl ali məktəblər ləğv olunduqdan sonra gənclərimiz diplomları Azərbaycanda tanınmayan xarici ali məktəblərə üz tuturlar ki, bu da onların gələcəyi üçün çox perspektivsizdir”.

 

“Xaricdə təhsil adıyla ordudan yayınanlar var”

 

Ekspert qeyd edib ki, bu problemin qabarmasında valideynlərin məsuliyyətsizliyi də böyük önəm daşıyır:

 

“Bu həm də fərdi olaraq hər bir ailənin öz problemidir. Xaricdə təhsil adıyla övladı ölkədən çıxartmaqla deyil. Valideynlər maraqlanmalıdırlar ki, uşaqları Türkiyə, Rusiya, Ukrayna və s. ölkələrdə hansı perspektivli universitetdə oxuyur. İnternet əsrində bu kimi məlumatları toplamaq olduqca asandır. Övladın xaricdə təhsil almaq adıyla ölkədən çıxarılması həm də müxtəlif səpkili problemlərdir. Çoxu da sırf təhsillə bağlı deyil. Əksəriyyəti sosial vəziyyətdən dolayı işləmək, ölkəni tərk etmək istəyilə və s. ilə bağlıdır. Düşünürəm ki, əsas yük valideynlərin üzərinə düşür. Bu baxımdan valideynlər xaricdə ali təhsil almaq adıyla övladlarının hansısa manipulyasiya etmək cəhdlərinin qarşısını almalıdırlar. Bu cür perspektivsiz ali təhsil oğlanların ordudan yayınma hallarını genişləndirir. Bu baxımdan aidiyyatı qurumlar kompleks işləməlidirlər. Bütün hallarda ali təhsil almaq rasional xarakter daşımalıdır. Bu gün xaricdəki universitetə üz tutan Azərbaycan vətəndaşı bəzi hallarda xaricdəki universitetin perspektivsiz olduğunu bilir, amma bəzən əlacsızlıqdan oxuyur. Bu da təəssüfdoğurucu məqamdır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni nağıl qəhrəmanı yaradın! - Müsabiqə 12 Avqust 2020, 16:57 “Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30 Dövlət sahibkarlara 250 manat ödənişinə BAŞLADI 12 Avqust 2020, 14:24 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq 12 Avqust 2020, 14:18 Binəqədidə soyğunçuluq edənlər saxlanıldı 12 Avqust 2020, 14:12 Prezidentin köməkçisi:  “Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” 12 Avqust 2020, 14:06 Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54