Modern.az

Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM

Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM

Parlament

5 Dekabr 2019, 16:40

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.


Modern.az
xəbər verir ki, sərəncamda qeyd edilir ki, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.


Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin.
 

Sərəncamın tam mətni aşağıdakı kimidir:

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edilsin".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi