Modern.az

“Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu

“Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu

Aktual

5 Dekabr 2019, 18:49

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

 

Modern.az xəbər verir ki, bu çərçivədə Fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görmüşdür.     

 

Dahi mütəfəkkir və şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi İli” elan olunması ilə bağlı imzaladığı sərəncama əsasən dünyanın bir çox ölkəsində tədbirlər həyata keçirilməkdədir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İtaliyanın “Sandro Teti” Nəşriyyat Evi ilə əməkdaşlığı çərçivəsində “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olunmuşdur. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilmişdir.  

 

Nəşr, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Nəsimi - əbədiyyət üfüqündə sevgi günəşi” ön sözü ilə açılır. Şerləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena Reanın “Nəsimi işığı” adlı məqaləsi də nəşrdə yer alır.

Azərbaycan poeziyasının ən önəmli şəxsiyyətlərindən biri olan İmadəddin Nəsiminin əsərlər toplusu, Türk Dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı italyan oxucusunun dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatı bu ay ərzində İtaliyanın müxtəlif şəhərlərində nəzərdə tutulmuşdur.

 

Qeyd edilməlidir ki, bu nəşr Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci kitabdır. Belə ki, keçən il  Fondun, “Sandro Teti” Nəşriyyat Evi ilə birgə “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı buraxılmışdır.              

        

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi