Modern.az

Yaşayış binasında partlayış: 5 nəfər öldü

Yaşayış binasında partlayış: 5 nəfər öldü

6 Dekabr 2019, 23:29

Slovakiyanın şərqindəki Presov şəhərində yerləşən on iki mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib, çox sayda yaralı var.

Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində binadakı digər sakinləri xilas etmək mümkün olub . Presov şəhərinin meri Andrea Turkanova hadisəni şəhərin tarixindəki ən böyük faciə adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir