Modern.az

Sabaha gözlənən hava proqnozu açıqlanıb

Sabaha gözlənən hava proqnozu açıqlanıb

8 Dekabr 2019, 13:05

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Axşama doğru, əsasən, yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 85-95 % olacaq.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitində gəlincə, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir