Modern.az

Kürdəmirdə “Azərişıq” əməkdaşını cərəyan vurdu

Kürdəmirdə “Azərişıq” əməkdaşını cərəyan vurdu

10 Dekabr 2019, 00:31

Kürdəmir rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçisi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Kürdəmir rayon, Xırdapay kənd sakini 1968-ci il təvəllüdlü Xəlilov Əhliman Aydın oğlu işıq dirəyində işləyərəkən onu elektrik cərəyanı vurub öldürüb.

Meyit müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...