Modern.az

Pezeşkian sabah Pakistana gedir

Pezeşkian sabah Pakistana gedir

Aktual

22 İyun 2026, 15:58

İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi prezident administrasiyasının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Həbib Abbasiyə istinadən məlumat yayıb.

“Bu səfər sabah baş tutacaq və böyük ehtimalla bir günlük olacaq. Səfərin səbəblərindən biri Pakistana İran ilə ABŞ arasında aparılan danışıqlarda vasitəçilik səylərinə görə təşəkkür etməkdir”, – deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir