Modern.az

Beş ay ərzində narkotiklərlə bağlı 2110 nəfər tutulub, 25-i əcnəbidir

Beş ay ərzində narkotiklərlə bağlı 2110 nəfər tutulub, 25-i əcnəbidir

Aktual

Bu gün, 16:10

Bu ilin 5 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilib.

Bu barədə Modern.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, onlardan 2057-si kişi, 53-ü qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 25 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 25 xarici ölkə vətəndaşından ümumilikdə 156 kq 822,062 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır