Modern.az

Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar...

Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar...

Hadisə

10 Dekabr 2019, 23:34

“Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik”.

Modern.az xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı bildirib.

“Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.
Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”,-deyə Arif Hacılı bəyan edib.

Arif Hacılı deyib ki, həftəsonunadək Azərbaycan parlamentində görmək istədikləri tərkibi, dairələr üzrə namizədlərin tam siyahısı elan edəcəklər.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü