Modern.az

Messi “El Klassiko”nu gözləyir

Messi “El Klassiko”nu gözləyir

12 Dekabr 2019, 19:33

"Qazandığım bütün "Qızıl top" mükafatları xüsusidir. Sirri nədir? Çalışmaq, istək və hər zaman daha da yaxşı olmaq. Stabillik və intensiv məşqdən vacib bir şey ola bilməz".

 

Modern.az xəbər verir ki, bunu "Barselona"nın ulduz futbolçusu Lionel Messi deyib.

 

Kataloniya klubunun kapitanı ötən mövsüm Çempionlar Liqasında "Liverpula" məğlub olmalarından da danışıb.

 

""Liverpula"a qarşı oyunda yaşananlar hələ də unudulmayıb, amma biz sıfırdan başlamalıyıq. Yeni mövsümdə ötənilki səhvlərimizə baxıb, daha da yaxşı oynamalıyıq" -  deyən Messi İspaniya La Liqası çərçivəsində keçiriləcək "El Klassiko"ya da diqqət çəkib:

 

"Hər zaman olduğu kimi güclü "Real Madrid"lə qarşılaşacağımızı gözləyirəm. "El Klassiko"lar hər zaman fərqli olur".

 

T.İSMAYIL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır