Arxiv
13 Dekabr 2019, 14:32 | AKTUAL
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV deyib:

 

Xoş gəlmisiniz, sizi görməyimə şadam.

 

Çox şadam ki, siz Həştərxan vilayətinin rəhbəri təyin ediləndən az sonra Azərbaycana gəlmisiniz. Bu, çox yaxşı əlamətdir, bizim tərəfdaşlığımızın, dostluğumuzun əlamətidir. Həştərxan ilə Bakını uzun qarşılıqlı fəaliyyət, tərəfdaşlıq və əməkdaşlıq tarixi bağlayır. Biz Xəzərin sahilində yerləşirik, ona görə də münasibətlərimizin tarixi keçmiş əsrlərin dərinliklərinə gedir. Mən də Həştərxana səfərim zamanı bu şəhərlə tanış olmaq imkanı əldə etdim. O cümlədən mənə əməkdaşlığımızın tarixi barədə məlumat verildi. Bu əməkdaşlıq həqiqətən həmişə çox müsbət olub. Bu gün də biz çox fəal qarışlıqlı fəaliyyət göstəririk. Rusiya regionları arasında Həştərxan vilayəti ilə Azərbaycanın xüsusi münasibətləri var. Bu, bir daha bizim tariximizə və son vaxtlar çoxlu müştərək layihələrimizə əsaslanır.

 

Bildiyiniz kimi, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi yaradılıb, keçən il həmin mərkəzin açılışı olub. Mənə verilən məlumata görə, Bakıda Həştərxan İşgüzar Mərkəzi də açılış üçün hazırdır və onun tikintisi demək olar ki, başa çatdırılıb. Bu, çox mühüm hadisədir, çünki biz bu işgüzar mərkəzlər vasitəsilə qarşılıqlı ticarəti inkişaf etdirəcəyik. Bu gün mən cari ilin 9 ayının məlumatlarına baxmışam. Bizdə əmtəə dövriyyəsi artımının o qədər də çox olmaması müşahidə edilir, amma hər halda burada da müsbət dinamika var.

 

Həştərxan ilə Bakını bağlayan amillər çoxdur. Əlbəttə, gələcəkdə birgə fəaliyyətimizi elə planlaşdırmalıyıq ki, qarşılıqlı əlaqələrimiz daha sıx olsun. Biz artıq birbaşa aviasiya əlaqəsinə malikik. Bu da çox müsbət məqamdır. Hesab edirik ki, həm bizim turistlər, həm də Həştərxandan olan turistlər daha çox qarışlıqlı səfərlər edəcəklər. Ümumiyyətlə, Azərbaycana gələn rusiyalı turistlərin sayı artır. Fikrimcə, bu il həmin rəqəm bir milyon nəfərə yaxın olacaq. Beləliklə, bu da əməkdaşlığın, dostluğun yaxşı göstəricisidir və bizim vətəndaşlarımız bir-birinə baş çəkəndə özlərini rahat hiss edirlər.

 

Bütövlükdə bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub. Yüksək səviyyədə, nazirlər, qanunverici hakimiyyətin rəhbərləri səviyyəsində əlaqələr, biznes forumlar xeyli çox olub. Bu yaxınlarda Moskvada regional forum keçirilib. Buna görə biz ili siyasi sahədə yaxşı nəticələrlə, əmtəə dövriyyəsinin xeyli artması ilə başa vururuq və gələn ilə böyük nikbinliklə baxırıq. Çünki əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və biz, əlbəttə, öz tərəfdaşlarımızla ənənəvi əlaqələri möhkəmlədəcəyik. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.

 

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib:

 

Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İcazə verin, ilk növbədə, Sizə dərin ehtiramımı və şəxsən görüşmək imkanına görə təşəkkürümü bildirim. Həqiqətən, Azərbaycan Respublikası Həştərxan vilayəti üçün Xəzəryanı regionda əsas tərəfdaşlardan biridir. Uzun müddət ərzində əmtəə dövriyyəsi, turizm sahəsində bu cür sıx münasibətlər, işgüzar əlaqələr yaranıb. Müasir mərhələdə bizim iqtisadi əlaqələrimizin flaqmanı, heç şübhəsiz, xarici ticarət dövriyyəsidir. Siz dediyiniz kimi, 10 ay ərzində xarici ticarətin həcmi kifayət qədər böyükdür və faiz nisbətində artım müşahidə edirik.

 

Biz ticari əlaqələrimizin genişlənməsi perspektivini keçən il Həştərxanda açılmış Azərbaycan İşgüzar Mərkəzinin işi ilə bağlayırıq. Dünən biz Həştərxan İşgüzar Mərkəzinin tikintisinin gedişi ilə tanış olmaq imkanı əldə etdik. Demək istəyirəm ki, işin gedişindən çox razıyıq və hesab edirik ki, iyunun əvvəlində biz bu mərkəzi təntənəli şəkildə aça biləcəyik. Siz dediyiniz kimi, Həştərxanda və Bakıda bu cür mərkəzlər həqiqətən bizim ticari və mədəni əlaqələrimizin inkişafı üçün yaxşı vasitə olacaq.

 

Fikrimizcə, nəqliyyat sahəsində uğurlu əməkdaşlığı nümunə göstərmək olar.

 

****

12:20

Azərbaycan  Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 15:42 Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 BMU ilə İnha Universiteti arasında ikili diplom proqramına müraciət imkanı sadələşdirilib 4 Avqust 2020, 14:53 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTOLAR 4 Avqust 2020, 13:57 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21 Sabah 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək 4 Avqust 2020, 12:17 Ziyarətgaha gedən 19 nəfər cərimələndi 4 Avqust 2020, 12:01 Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO 4 Avqust 2020, 11:45 Rayonlara gediş-gəliş xidməti vəsiqə ilə mümkün olmayacaq - XƏBƏRDARLIQ 4 Avqust 2020, 11:44