Arxiv
13 Dekabr 2019, 18:31 | AKTUAL
Nazir müavini məcburi köçkün məktəblərinin direktorlarını topladı - FOTO

Dekabrın 13-də Bakıda yerləşən Şuşa rayonu 1 nömrəli tam orta məktəbdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

 

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

 

Tədbirdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

 

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr barədə danışıb. M.Vəliyeva məktəblərdə tədris prosesinə rəhbərlik və nəzarət mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

 

Sonra qeyd olunan rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, eləcə də Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən məcburi köçkün məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin təhlili nəticəsində gəlinən qənaətlər, məktəblərin savadlı kadrlarla təminatının vacibliyi, ümumi təhsil müəssisələrində həyata keçirilən tədbirlərin məqsədyönlü və səmərəli təşkili məsələlərinə toxunub.

 

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

 

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xınalıqa yeni avtomobil yolu çəkilir - FOTO 23 Yanvar 2020, 11:45 İlham Əliyev İsveçrə Prezidenti ilə görüşüb - FOTO 23 Yanvar 2020, 11:39 Birinci vitse-prezident Qusmanı təbrik etdi 23 Yanvar 2020, 11:38 Baş Prokurorluq şadlıq sarayındakı ölümlə bağlı açıqlama YAYDI 23 Yanvar 2020, 11:34 İnkişafın davamlılığını təmin etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olaq! 23 Yanvar 2020, 11:33 Parlament seçkilərini izləmək üçün 210-dan çox beynəlxalq müşahidəçi gələcək 23 Yanvar 2020, 11:31 Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb - VİDEO 23 Yanvar 2020, 11:28 Azərbaycanda 83 əcnəbiyə qaçqın statusu verilib 23 Yanvar 2020, 11:26 Dövlət Miqrasiya Xidməti migrationto.az saytını təqdim etdi 23 Yanvar 2020, 11:20 Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı 23 Yanvar 2020, 11:17 Elmira Fərzəliyeva namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü 23 Yanvar 2020, 11:13 Zahid Oruc İlqar Məmmədova cavab olaraq BMT-ni çağırdı 23 Yanvar 2020, 11:06 “İnsanları aldadıb, seçkini hörmətdən salıb...” - "Belə də partiya sədri olar?" 23 Yanvar 2020, 11:00 Ölkədə yaşayan əcnəbilərin sayında artım var - Vüsal Hüseynov 23 Yanvar 2020, 10:54 Bu təşkilatlar seçkilərdə exit-poll aparmaq üçün müracit edib - MSK 23 Yanvar 2020, 10:48 Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlərin NƏZƏRİNƏ 23 Yanvar 2020, 10:42 Dünyanın iki üzünü bir ayara gətirən FOTOLAR 23 Yanvar 2020, 10:40 Qarabağa səfər edən əcnəbilərin STATİSTİKASI:  Minsk qrupu “üçlüyü”nün vətəndaşları liderdir 23 Yanvar 2020, 10:35 Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ 23 Yanvar 2020, 10:30 Eldar Əzizovdan tələb: Xərclənən vəsait barədə ictimaiyyətə məlumat verilsin 23 Yanvar 2020, 10:24 Rüşvətə görə işdən qovulan polis öldü - FOTO 23 Yanvar 2020, 10:17 ADU-da Çin Yeni ili qeyd olunub 23 Yanvar 2020, 10:14 Kamran Bayramov Şəmkirin iki kəndinin sakinləri ilə bir araya gəlib - FOTOLAR 23 Yanvar 2020, 10:08 Novruz Aslanov dörd kəndin təhsil işçiləri ilə görüşüb - FOTOLAR 23 Yanvar 2020, 10:02 Seçki tarixində ilk: Deputat videohesabatında aparıcı oldu 23 Yanvar 2020, 10:01 Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO 23 Yanvar 2020, 09:57 Vulkan püskürməsi zamanı ölü sayı 20-yə çatdı 23 Yanvar 2020, 09:50 Qatarlara bilet satışında dəyişiklik EDİLDİ 23 Yanvar 2020, 09:46 Nazirlik rəsmisi Prokurorluğa göndərilən materialların çoxluğuna aydınlıq gətirdi 23 Yanvar 2020, 09:43 Gəncədə 10-cu sinif şagirdi itkin düşdü 23 Yanvar 2020, 09:36 “Azəriqaz” xəbərdarlıq etdi: Bu ərazilərdə qaz olmayacaq 23 Yanvar 2020, 09:35 İlham Əliyev tanınmış jurnalisti təbrik etdi 23 Yanvar 2020, 09:30 Argentinanın Azərbaycandakı səfiri futbolumuz barədə: “İstəsəniz Argentina razılıq verəcək” – MÜSAHİBƏ 23 Yanvar 2020, 09:25 Prezident Mixail Qusmanla bağlı sərəncam imzaladı 23 Yanvar 2020, 09:20 Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Beşinci söz 23 Yanvar 2020, 09:14
SORĞU Yeni parlamentdə kimlər olsun?