Arxiv
31 Dekabr 2019, 12:06 | MEDİA
Baş yazar: “Prezident mediaya həmrəylik, məmurlara isə nümunə göstərdi”

Elşad Eyvazlı: “Ölkə başçısı aidiyyəti şəxslər və qurumlara siqnal verdi ki, mətbuata münasibət dəyişməlidir. Peşəkar mətbuatımız Prezidentin bu münasibətindən böyük mənada yaralanacaq”.

 

“Jurnalistlər üçün inşa olunan ikinci binanın açılşında cənab Prezident çıxış etdi və jurnalistlərin onun köməkçiləri olduğunu bildirdi.  Bununla yanaşı, Prezident İlham Əliyev bu yaxınlarda yerli telekanallara müsahibə verdi. Həmin müsahibədə də qeyd etdi ki, cəmiyyətdə baş verən hadisələrlə bağlı xəbərləri mediadan alır.  Ölkə başçısı bununla ictimaiyyətə mediaya diqqət etdiyini və mətbuatı izlədiyini bəyan etdi”. Bu barədə “Sherg.az”a Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin(PJB) sədri Elşad Eyvazlı bildirib. Baş yazarın sözlərinə görə, ölkə başçısının bu açıqlamaları təkcə sözlərdən ibarət deyil və əməldə də biz bunun şahidiyik: 

 

“Bununla ölkə başçısı göstərdi ki, media ilə sıx əlaqədədir. Əlbəttə, Prezidentin mediaya bu münasibəti sevindiricidir. Media nümayəndələri də bu münasibəti çox müsbət dəyərləndirir. Ölkə başçısına mediaya göstərdiyi diqqətə görə təşəkkür edirik”.

 

E.Eyvazlı cənab Prezidentin mətbuatla bağlı fikirlərində başqa bir məqamın da olduğunu söyləyib:

“Prezidentin çıxışlarında bir mesaj da vardı. Bəzi məmurların jurnalistləri görməyə gözü yoxdur. İllərdir, onlardan bir kəlmə söz almaq olmur. Prezident həmin məmurlara da  bir mesaj verdi ki, mediaya açıq olmaq lazımdır. Fəaliyyətini düzgün və şəffaf quran qurum rəhbəri mediaya niyə açıq olmasın ki?! Deməli, işində problemlər var. Ölkə başçısı mediaya həmrəylik və məmurlara isə bir nümunə göstərdi. Bildirdi ki, mətbuata münasibət dəyişməlidir və belə olmaq lazımdır.  Peşəkar mətbuatımız bunlardan böyük mənada yaralanacaq”.

 

PJB sədri diqqətə çatdırıb ki, jurnalistikamızda həlledici məqamlarla bağlı dövlət başçısı təşəbbüs göstərir, ancaq biz bu təşəbbüsə adekvat işlər görə bilmirik:

“Bu da bizim problemimizdir. Cənab Prezident məsələni gündəmə gətiribsə, niyə ona ciddi şəkildə dəstək göstərməyək?! Bu dəstək yalnız sözdə deyil, əməldə də olmalıdır.  Ölkəmizdə aparılan işlərə göz yummamalı, hamılıqla dəstək olmalıyıq. Bu, dövlətimizin gələcəyi üçün çox önəmlidir. Təkrar edirəm, cənab Prezidentin “Jurnalistləri özümə köməkçi hesab edirəm” fikri o deməkdir ki, siz doğrunu yazın, mən sizin verilişlərinizi, yazılarınızı izləyirəm.

Yerli telekanallara müsahibəsində dövlət başçısı xüsusi mesaj verdi. Ona görə də media nümayəndələri bu məsələdə birgəlik nümayiş etdirməlidir. Biz gələcəyimizi fikirləşməli, daxili intriqalardan uzaq olmalıyıq. Medianın fəaliyətinin intriqalara hesablanması Azərbaycanın gələcəyinə, müstəqilliyinə, inkişafına vurulan zərbədir.  Cənab Prezidentin bu mesajından sonra bir olmasaq, jurnalistikamızı böyük bəlalar gözləyir.

Azərbaycan müharibə şəraitində olan ölkədir. Azərbaycan jurnalistləri erməni jurnalistlərə qalib gəlməlidir. Bunsuz qələbə çətindir. Daxili intriqalara hesablanmış enerji, vaxt itkisi, informasiya müharibəsində ancaq fəlakət gətirə bilər. Belə bir vaxtda mətbuatı yanlış istiqamətə sürükləyənlər mütləq Azərbaycanın müstəqilliyinə, inkişafına, bütövlüyünə, Qarabağın işğaldan azad edilməsinə qarşı olanlardır”.

  

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25