Arxiv
31 Dekabr 2019, 16:22 | MEDİA
Xaricdə yaşayan jurnalistlərdən həmkarlarına DƏSTƏK

Parlamentin buraxılması ilə növbədənkənar seçkilərin təyin olunması media nümayəndələrini də hərəkətə keçirdi. Onlar da namizədliyini irəli sürərək, mandat qazanmaq iddiasındadırlar. İşi “xəbərçilik” olan jurnalistlər indi də Milli Məclisdə sözünü demək istəyir.

 

Bəs, görəsən, Vətəndən uzaq yaşayan jurnalistlər hansı həmkarlarını dəstəkləyir, seçkidə qalib gələcəyinə inanır?

Modern.az məsələ ilə bağlı qürbət ölkələrdə yaşayan 6 azərbaycanlı jurnalistin fikrini öyrənib.

 

ABŞ-ın Vaşinqton ştatından keçmiş ANS-çi Qənirə Ataşova

“Parlament seçkilərini böyük həyəcanla izləməyə başladıq. İlk olaraq özünün yararsızlığına imza atan keçmiş millət vəkillərinin gedişi və ali qurumda təmsil olunmaq üçün gənclərə və yeni nəfəsə yaradılan imkan sevindirdi. Lakin YAP-ın siyahısını görəndən sonra dəyişikliklərin bizi sevindirməyə biləcəyini düşündüm. Bütün bunlara baxmayaraq, həmkarlarımı da həvəsdən düşməməyə çağırıram. Mənə elə gəlir ki, parlamentdə Ləman Ələşrəfqızı, Rauf Arifoğlu, Aygün Muradxanlı kimi milli ruhlu adamlar olarsa, cəmiyyətimiz üçün daha xeyirli olar. Təsəvvür edin, Ləman o eşqi ilə xalqına başqa sahədə xidmət edəcək. Bunu düşünmək belə xoşbəxtlik hormonunu artırır”.

 

İsveçdən Ağa Ağayev

“Fuad Abbasov deputat seçilsə, daha faydalı olar. Çünki o uzun illər Rusiyada  azərbaycanlı jurnalist kimi fəaliyyət göstərib, Azərbaycanın milli maraqlarına xidmət edib. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsində erməni politoloqlarına, jurnalistlərinə, erməni diaspor nümayəndələrinə tutarlı cavablar verilməsində böyük xidmətləri olub. Fuad Abbasov çox vətənpərvər insan və ləyaqətli jurnalistdir.Həmçinin onun dil bilgiləri də genişdir, gələcəyi daha perspektivlidir, öz üzərində çalışan media nümayəndəsidir”.

 

Türkiyədən Nigar Ögeday

“Əslində heç kimi ayırmaq istəmirəm. Bizim jurnalistlər çətin şərtlər altında belə xalqa vəkillik edirdilər. Xalqın halı üçün mücadilə ediblər. Mandatsız vəkillik edənlər də var idi. Bundan sonra da mandatla vəkillik etmələrini istəyərdim. Qənirə Paşayeva jurnalistikadan gəlmişdi, nəticəni gördük. Düzdür, bəzi jurnalistlər var idi ki, onların varlığı ilə yoxluğu bəlli deyildi. Onlar sadəcə kağız üzərində jurnalist idilər. Mediada çalışdığı dönəmlərdə xalqla işləyənlər məclisdə də eynisini edəcək. Bütün məsləkdaşlarıma uğurlar arzulayıram”.

 

Rusiyadan “Vostok” Media Holdinqinin vitse-prezidenti Şəhriyar İmanbəyli

“Açığı həmkarlarımdan kimlər deputat olmaq üçün öz namizədliyini irəli sürüb, say etibarı ilə tam dəqiq bilmirəm. Sadəcə bu prosedur başlayandan sosial mediadan izləyə bildiyim qədəri ilə bir çoxları millət vəkili olmaq üçün çox can atdı. Məsələ burasındadır ki, namizədlər nə qədər səmimidirlər. Onların əsas istəyi bir vəzifəyə, bir posta sahib olmaqdır, yoxsa həqiqətən da xalqa haqqı ilə xidmət etmək? Əgər məsələ xalqa xidmət etməkdirsə, bunun üçün deputat olmağa ehtiyac yoxdur. Çünki bir jurnalist millət vəkili statusunda olmasa belə, ən az elə millət vəkili qədər xalqına, vətəninə faydalı ola bilər. Təbii ki, hər namizədə, başda da öz həmkarlarıma bol uğur arzulayıram. Məndə olan məlumata görə, Ləman Ələşrəfqızı, Rauf Arifoğlu, Fuad Abbasov,  Aytən Səfərova namizədlər sırasındadır. Hər birinə uğurlar arzulayıram. Ancaq konkret kimisə seçməyimi istəyirsinizsə, onda bir vaxtlar bizimlə Rusiyada jurnalist kimi çalışan, daha sonra vətənə deportasiya edilən Fuad Abbasovu dəstəkləyərəm və arzusuna çatmasını istəyərəm. Ümid edirəm ki, fevralın 9-da keçiriləcək parlament seçkilərində həqiqətən də xalqa faydalı ola biləcək insan deputat adına sahib olar".

 

ABŞ-ın Kaliforniya ştatından hərbi jurnalist Gülbəniz Arifqızı

“Təbii ki, Azərbaycanda uğurlu gənclər var. Fuad Abbasov mənim ən çox hörmət etdiyim jurnalistdir. Fuad bəy indiyə qədər özü üçün yaşamayıb. Onun ali təhsili, dünyagörüşü, doğulduğu ailədə gördüyü mədəniyyət əsas verir ki, parlamentdə Azərbaycan xalqını təmsil etsin. Amma mən inanmıram ki, Fuad bəy kimi insanlar parlamentə seçilsinlər".

 

Kanadadan Lalə Musaqızı

“Həmkarlarımız arasında  dəstəklədiyim konkret namizəd yoxdur. Amma çox istəyərdim ki, xanım həmkarlarımız seçilsinlər. Çünki xanımlar olan yerdə daha çox ədalət olur. Xanımlarımız haqqı nahaqqa verməyə rahatlıqla razılaşmırlar. Azərbaycan xanımları həm evdə, həm də işdə qarışqa kimi işləməyi sevirlər. Əminəm ki, ədalətli seçkilər olsa, nəinki xanım həmkarlarımız, ümumiyyətlə, jurnalist həmkarlarımızın əksəriyyəti Milli Məclisdə xalqı təmsil edəcək”.

 

Əfsanə Şərif

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İTV-nin Aprel döyüşləri haqqında sifariş etdiyi film efirə verilmədi - SƏBƏB 7 Aprel 2020, 17:27 Dolların sabaha olan məzənnəsi 7 Aprel 2020, 17:20 Dünya zənginlərinin yeni siyahısı AÇIQLANDI 7 Aprel 2020, 17:14 “8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib 7 Aprel 2020, 17:07 Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi” 7 Aprel 2020, 17:00 Heyvanların koronavirusa yoluxması təhlükəli vəziyyət yaratdı - “Bunu insana rahatlıqla ötürə bilərlər” 7 Aprel 2020, 16:55 Pensiya və bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək 7 Aprel 2020, 16:36 İcazəsiz quş ovlayan şəxs cəzalanıb 7 Aprel 2020, 16:30 Pərvin Kərimzadə: “34-cü əfv aktı dövlətin humanist siyasətinin daha bir göstəricisidir” 7 Aprel 2020, 16:23 Nazirlik yardımla bağlı müraciəti sadələşdirdi 7 Aprel 2020, 16:21 Azərbaycan mətbuatı yaltaqlardan, qorxaqlardan xilas olmalıdır – BAŞ REDAKTOR 7 Aprel 2020, 16:15 Azərbaycanda koronavirusa yoluxanların sayı 717-yə çatdı - daha 1 nəfər öldü 7 Aprel 2020, 16:11 “Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır” - Vitse-spiker 7 Aprel 2020, 16:05 Şəhidin xanımı koronavirusla mübarizəyə dəstək oldu 7 Aprel 2020, 15:58 Covid-19 virusu və xərçəng xəstələri 7 Aprel 2020, 15:51 Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar” 7 Aprel 2020, 15:46 Qarabağda da koronavirus TAPILDI 7 Aprel 2020, 15:40 Emin Ağalarov biznesdəki çətinliklərdən DANIŞDI: “Gəlirimiz sıfıra düşüb, maaşları necə verək?” 7 Aprel 2020, 15:38 Bir gündə 142 - Çağrı Mərkəzinə rekord sayda müraciət olub 7 Aprel 2020, 15:32 Bakıda “8103” qısa nömrəsinə 90 dəfə SMS göndərən şəxs saxlanıldı - Foto 7 Aprel 2020, 15:26 “Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov 7 Aprel 2020, 15:20 Hesablama Palatasının İş planına yenidən baxılacaq - Sədrin AÇIQLAMASI 7 Aprel 2020, 15:14 İsmayıllıda naməlum kişi meyiti tapıldı 7 Aprel 2020, 15:08 Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA 7 Aprel 2020, 15:02 Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ 7 Aprel 2020, 14:58 Vüqar İskəndərov: “Məhkum edilmiş şəxslərin əfv edilməsi hər şeydən əvvəl böyük humanizmdir” 7 Aprel 2020, 14:53 Türkiyədən qayıda bilməyən 10 min soydaşımıza YARDIM EDİLƏCƏK 7 Aprel 2020, 14:48 Azərbaycan TV-lərinə ETİRAZ: İnsanları qorxuya salırlar 7 Aprel 2020, 14:42 Çin Azərbaycana tibbi humanitar yardım GÖNDƏRİB 7 Aprel 2020, 14:36 İşsizlərin qeydiyyatı yalnız ONLAYN aparılır   7 Aprel 2020, 14:30 Azay Quliyev yaşlı və aztəminatlı seçicilərinə yardım etdi 7 Aprel 2020, 14:24 Bu il Pasxa bayramı nə vaxt çıxacaq? 7 Aprel 2020, 14:17 Dövlət Komitəsində videoqəbullar davam etdirilir - FOTO 7 Aprel 2020, 14:10 Baş infeksionist xüsusi karantin rejiminin nə vaxt başa çatacağından DANIŞDI 7 Aprel 2020, 14:04 “Milli Məclis” jurnalınında da dəyişiklik olacaq 7 Aprel 2020, 13:58