Modern.az

Qafqazda bir-birini görməyə gözü olmayan xalqlar...

Qafqazda bir-birini görməyə gözü olmayan xalqlar...

Mədəni̇yyət

1 Yanvar 2020, 18:28

Qafqaz Avropa ilə Asiyanın sərhədində yerləşən və təxminən 400 min kvadrat kilometr ərazini əhatə edən coğrafi regiondur. Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bir neçə separatçı rejimin arasında bölünən region onlarla xalqı təmsil edən 17 milyon insanın vətənidir.

 

Bu xalqlar arasında heç də həmişə hamar olmayıb. Söhbət təkcə azərbaycanlılar və ermənilər arasında tarix boyu tez-tez təkrarlanan etnik-dini və ərazi konfliktindən getmir. Qafqazda bir-biri ilə düşmənçilik edən xalqlar kifayət qədərdir.

Modern.az regionumuzun düşmən xalqarı haqqında qısa informasiya təqdim edir.

 

Gürcülər və abxazlar

Uzun əsrlər boyu ya müstəqil ya da Gücüstan dövlətinin tərkibində olan Abxaziya 1992-1993-cü illəri əhatə edən müharibədən sonra müstəqil dövlət kimi yaşayır. Amma bu müstəqilliyi Rusiya və bir neçə xırda dövlətləri çıxmaq şərti ilə heç kim tanımayıb. Gürcülər indiki Abxaziya ərazilərini tarixən gürcü xalqının subetnosu sayılan merqellərin tarixi vətəni sayır. Onlar hesab edir ki, orta əsrlərdə şimaldan gələn apsua xalqı (abxazlar özlərini belə çağırır) bu torpaqlarda məskunlaşıblar. Əskinə, abxaz isə heç vaxt Gürcüstana tabe olmadıqları iddia edirlər. Onların fikrincə, meqrellər yalnız XIX əsrdə - Rusiya İmperiyası bu əraziləri istila etdikdən sonra kütləvi şəkildə Abxaziya torplaqlarında məskunlaşıblar.

İki xalq arasında bu günə qədər münasibətlər gərgin olaraq qalır.

 

Gürcülər və osetinlər

1991-1992-ci illərdə Cənubi Osetiya mərkəzi hakimiyyətə qarşı vuruşaraq de-fakto müstəqillik əldə edib. Gürcülər Cənubi Osetiya ərazisini Samaçablo adlandırır və tarixi gürcü torpağı sayır. Onların fikrincə, osetin qaçqınları orta əsrlərdə regiona məskunlaşıblar. Osetinlər isə məhz gürcülərin regiona pənah gətirdiyini hesab edir. Tərəflər arasında Rusiyanın da aktiv iştirakı ilə 2008-ci ildə 5 günlük müharibə baş verib.

 

Osetinlər və inquşlar

Bu xalqlar arasında düşmənçilik süni yolla yaradılıb və ərazi mübahisəsi ilə bağlıdır. Belə ki, 1944-cü ildə inquşlar və çeçenlər Stalinin göstərişi ilə Şimali Qafqazdan Mərkəzi Asiyaya sürgün olunduqdan sonra ləğv edilmiş Çeçen-İnquş Respublikasının Priqorodnı rayonu Şimali Osetiya muxtariyyətinin tərkibinə daxil edilmişdi. 1956-cı ildə inquşlar sürgün geri qaytarılsa da, Sovet rəhbərliyi Priqorodnı rayonunu İnquşetiyaya qaytarmamışdı. Lakin 1992-ci ildə yeni Rusiya reallıqlarında inquşlar ərazini tərkibinə qatmaq istəyən zaman etnik toqquşmalar baş vermişdi. Qarşıdurmalar zamanı yüzlərlə insan həlak olmuş, inqşular bu ərazilərdən tam qovulmuşdular. İnquşetiya və Şimali Osetiya arasında gərgin münasivbətlər bu günə qədər davam edir. Osetinlərin xristian, inquşların isə müsəlman olmsa iki xalq arasındakı düşmənçiliyə dini rəng də qatır.

 

Qaraçaylar, balkarlar və adıqlar (çərkəzlər, kabardinlər)

Bu xalqlar arasındakı etnik gərginliyin kökündə də Sovet İttifaqının apardığı səhv milli siyasət dayanır. Belə ki, türk mənşəli qaraçaylar balkarlarla bir respublikada yaşamaq istəsə də, onlar qafqaz mənşəli çərkəzlərlə, balkarlar isə daha çox çərkəzlərlə eyni soy-kökə malik kabardinlərlə birgə muxtar respublikada yaşamalı olub. Tərəflər arasında gərginlik açıq milli ədavət formasına keçməyib və əsasən, məişət formasında özünü biruzə verir.

 

Çeçenlər və dağıstanlılar

Dağıstanda yaşayan çeçen-akkınlar 1944-cü ilə qədər çoxluq təşkil etdikləri Auxov rayonunda kompakt yaşayıblar. Amma kütləvi deportasiya onlara da şamil olunub. Ləğv olunmuş rayonun boş qalan ərazisinə avarlar və laklar köçürülüb. Qazaxıstandan geri döndükdə çeçenlər yaşadıqları ərazidə avarlar və laklarla üzləşməli olur. Akkın çeçenləri ilə yeni qonşuları arasında münasibətlər gərgin olsa da, hələ ki açıq qarşıdurma səviyyəsinə yüksəlməyib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi