Modern.az

Viskidən zəhərlənən şəxs xəstəxanada vəfat edib

Viskidən zəhərlənən şəxs xəstəxanada vəfat edib

Hadisə

4 Yanvar 2020, 17:18

Bakıda ölüm hadisəsi baş verib.

 

Modern.az  xəbər verir ki, hadisə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzində qeydə alınıb. Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Taksikologiya Şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq, P. Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, P. Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür