Azərbaycan ordusunun istefada olan hərbi qulluqçusu, general-mayor, keçmiş korpus komandiri Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə onun özü sosial şəbəkədəki hesabında açıqlama yayıb. 

 

O, bildirib ki, 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyini irəli sürsə də, Mərkəzi Seçki Komisiyası (MSK) qeydə alınmayıb: 

 

“Bildirmək istəyirəm ki, göstərdiyim səylərə baxmayaraq, yanvarın 9-da, Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim “İP adresimi” tanımadı. Bu səbəbdən sizlərin gözləntilərini doğrulda bilmədim. Allah vətənimiz Azərbaycanı qorusun!”.