Arxiv
21 Yanvar 2020, 10:55 | AKTUAL
BANM-in 7 tələbəsi İspaniyada təhsil alacaq

Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri 2019-2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Alkala Universitetində 1 semestr müddətinə təhsil alacaqlar. 

 

Ali Məktəbdən Modern.az-a verilən məlumata görə, onların Alkala Universitetində tədris müddəti 21 yanvar - 20 iyun tarixlərini əhatə edəcək.

 

Tələbələr Rəqəmsal elektronika, Mühəndislik mexanikası, Elektrik mühəndisliyi ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İspaniyaya yola düşən tələbələr və onların valideynləri ilə görüşüb.

 

Rektor bildirib ki, Bakı Ali Neft Məktəbi İspaniyanın Alkala Universiteti ilə “Erasmus+” Tələbə mübadilə proqramı çərçivəsində sıx əməkdaşlıq edir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 7 tələbənin İspaniyaya təhsil üçün göndərilməsi BANM-in xarici ölkə və ali təhsil müəssisələri ilə qurduğu genişmiqyaslı əməkdaşlıq əlaqələrinin təzahürüdür. O qeyd edib ki, bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək. E.Qasımov tələbələrə tövsiyələr verib və onlara uğurlar arzulayıb.

 

Görüşdə İspaniyada təhsil alacaq tələbələr çıxış edərək xaricdə təhsil almaları üçün yaradılan şəraitə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Onlar ölkəmizi, milli adət ənənələrimizi və BANM-i İspaniyada uğurla təmsil edəcəklərini vurğulayıblar.

 

Qeyd edək ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 3-cü kurs tələbələri Müjgan Hüseynli, Yaqut Bədəlova, Yaqut Şəkizadə, Mahirə Əsədzadə, Ayxan Haqverdiyev, Şəms Əliyeva,  Sənan Həsənov  İspaniyanın “Alcala de Henares” şəhərinə yola düşüblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çindən gələn ukraynalılar ölkəyə buraxılmadı 21 Fevral 2020, 00:44 DİN-dən Zərdabdakı aksiya ilə bağlı açıqlama 21 Fevral 2020, 00:24 Məscidin axunduna hücum edən şəxs tutuldu 21 Fevral 2020, 00:09 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - YENİLƏNİB 20 Fevral 2020, 23:47 Bakıda maşın reklam lövhəsinə çırpıldı: ölənlər var 20 Fevral 2020, 23:32 Bakıda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB 20 Fevral 2020, 23:21 Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı - DETALLAR 20 Fevral 2020, 23:17 Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmilərilə görüşəcək 20 Fevral 2020, 23:11 Paytaxtın əsas magistral yollarında sürət həddi endirildi 20 Fevral 2020, 22:47 Görmə məhdudiyyətli türk tələbə feysbukda işə başladı 20 Fevral 2020, 22:33 İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18