Modern.az

Vətəndaşlara veriləcək istehlak kreditləri məhdudlaşdırılacaq - Elman Rüstəmov

Vətəndaşlara veriləcək istehlak kreditləri məhdudlaşdırılacaq - Elman Rüstəmov

İqtisadiyyat

31 Yanvar 2020, 11:53

Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığının icrası ilə əlaqədar yaxın günlərində İqtisadiyyat Nazirliyi ilə birlikdə geniş müzakirə aparılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

 

E.Rüstəmov qeyd edib ki, müəyyən tənzimlənmə çərçivəsində biznes kreditləşməsini stimullaşdırmaq lazımdır:

 

“Hüquqi şəxslərə və biznesə verilən kreditlərdən faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Banklar kommersiya subyektlərdir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq.

 

Bizi narahat edən istehlak kreditlərinin artmasıdır. Tənzimləmə çərçivəsində bir sıra dəyişiklər edəcəyik ki, müəyyən dərəcədə kreditləşməni məhdudlaşdıraq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir